“İQNA”-nın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, İsrail bazar ertəsi qərara alıb ki, Kanberranın Fələstin dövlətini tanımaq barədə bəyanatından və Knesset üzvlərindən birinə viza verməkdən imtinasından sonra Avstraliyanın Fələstin Muxtariyyətindəki nümayəndələrinin vizasını ləğv etsin.
Sionist rejimin xarici işlər naziri Gidon Saar sosial şəbəkə X-dəki hesabında yayımladığı açıqlamada deyib: “Avstraliyanın Fələstin Muxtariyyətindəki nümayəndələrinin vizasını ləğv etmək barədə qərar qəbul etmişəm. Avstraliyanın İsraildəki səfiri bu qərardan məlumatlandırılıb.”
Sair əlavə edib: “Mən həmçinin İsrailin Kanberradakı səfirliyinə tapşırmışam ki, Avstraliyadan İsrailə giriş üçün edilən hər bir rəsmi viza müraciətini diqqətlə araşdırsın.”
Xarici işlər naziri vurğulayıb: “Bu addım Avstraliyanın Fələstin dövlətini tanımaq barədə qərarından və həmçinin Avstraliyanın İsrailin bəzi simalarına, o cümlədən Ayelet Şakeda viza verməkdən əsassız imtinasından sonra atılır.”
O iddia edib ki, Avstraliyada antisemitizm, o cümlədən yəhudilərə və yəhudi qurumlarına qarşı zorakı hərəkətlər geniş yayılıb və Avstraliya hökuməti guya İsrail simalarının səfərlərinin ictimai asayişi pozacağı və Avstraliyanın müsəlman əhalisinə zərər vuracağı bəhanəsi ilə bu ittihamları gücləndirir.
Sair sözlərinin sonunda deyib: “Bu, utancverici və qəbuledilməzdir.”
2024-cü ilin noyabrında Avstraliya rəsmiləri sabiq İsrail naziri Ayelet Şakedin ölkəyə konfransda iştirak üçün giriş vizasını rədd etmiş və səbəb kimi “ixtilafları qızışdırmaq ehtimalı”nı göstərmişdilər.
Avqustun 11-də Avstraliyanın baş naziri Antoni Albanese bəyan edib ki, ölkəsi gələn sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq niyyətindədir.
İyulun sonunda Fransa, Kanada, Avstraliya, Yeni Zelandiya və Portuqaliya da daxil olmaqla 15 Qərb ölkəsi birgə bəyanat yayaraq Fələstin dövlətinin tanınması və Qəzza zolağında atəşkəs çağırışı etmişdi.
ABŞ-ın dəstəyi ilə Sionist rejim 2023-cü ilin 7 oktyabrından bəri Qəzzada soyqırım törədib və 61.944 fələstinlini şəhid edib, 155.886 nəfəri yaralayıb ki, onların əksəriyyəti uşaq və qadındır. Bundan başqa, 9 mindən çox insan itkin düşüb.
4300593