“İQNA”-nın məlumatına görə, Yəmənin Əl-Məsirə telekanalının xəbərində qeyd olunur ki, Liviya müftisi vurğulayıb: “ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülhdən danışır, amma günahsızların qətlə yetirilməsinə və İsrailin qırıcılar və pilotsuz təyyarələrlə Qəzzaya hücumlarını şiddətləndirməsinə göz yumur”.
Ğiryani bu vasitəçilərə xitabən soruşub: “Əgər Qəzzanın məzlumlarına təminat verməkdən boyun qaçırsınızsa, sizin bu danışıqlardakı rolunuz nədir? Baş verənlər sizin və hökmdarlarınızın üzərində bir rüsvayçılıqdır; elə bir rüsvayçılıq ki, heç nə onu təmizləyə bilməz.”
Liviya müftisi sonda vurğulayıb: “İslam aləminin vəzifəsidir ki, Qəzza mühasirəsini yarmaq üçün yüzlərlə, minlərlə gəmi göndərsin; müsəlmanların İsrailin Qəzzadakı cinayətlərinə tamaşa edib heç bir addım atmaması böyük bir rüsvayçılıqdır.”
Əl-Məsirə telekanalının xəbərinə görə, o, bundan əvvəl yayılmış bir video müraciətində də bildirmişdi: “Misir və BƏƏ o dövlətlərdəndir ki, düşmənə (sionistlərə) yardım göstərirlər”.
Ğiryani Misir limanlarının sionist rejimin silah və hərbi avadanlıq daşıyan gəmilərinə xidmət göstərməsinə işarə edərək, bu addımı çox təəssüf doğurucu adlandırıb və əlavə edib: “Avropa ölkələri sionist rejimlə əməkdaşlıqdan imtina etdikləri halda, Misir və BƏƏ limanları, eləcə də bu rejimlə münasibətlərini normallaşdırmış digər ərəb ölkələri həmin rejimin gəmilərinə xidmət göstərirlər”.
4301385