IQNA

İslamda su içməklə bağlı tövsiyələr

16:09 - August 17, 2022
Xəbər sayı: 3492741
Bəzən insanlar ayaq üstə su içməyin İslama görə qadağan edildiyini, bəzən də ziyan olduğunu düşünürlər. Ümumiyyətlə ayaqüstə su içməklə bağlı çox insanlar bəzi nüanslardan bixəbərdirlər.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Shafaqna-ya istinadla xəbər verir ki, bəs ayaqüstə su içmək olarmı? “Ayaqüstə su içmək olmaz”ın İslamla əlaqəsi varmı?

“İrşadatur-Rəsul əl-Mustafa fis-sihhəti və tulil-ömr” kitabının müəllifi Ayətullah Şeyx Abbas Təbrizian sözügedən kitabda İslam dininin su içməklə bağlı qeyd etdiyi göstərişlərini və yuxarıda “Ayaqüstə su içmək olmaz?” sualına cavab tapacaq məlumatları o təqdim edirik:

1) Su içərkən tələsməyin, bir istəkan suyu 3 nəfəsə, piləmədən, dodaqlayaraq və ləzzət alaraq için. Bir dəfəyə boğaza tökməyin.

2) Sərin su için – (təbii sərin su, bulaq suyu, quyuda sərinləşdirilmiş su). Amma soyuducunun buzxanasında soyumuş suyu içməyin.

3) Çox su içməyin, zərəri vardır.

4)Yeməkdən sonra çox su içmək lazımdır, bunun yeməyin həzmi üçün xeyiri vardır. Mədə yarasının qarşısını alır. Əlbəttə yağlı və ətli yeməklərdən dərhal sonra su içmək olmaz, ən azı 1 saat fasilə verilməlidir.

5) Gecə su içərkən oturmalı və gündüz su içərkən ayaq üstə durmalısan ki, bədən sağlam olsun. Əks halda böyrəklərə ciddi zərərləri var.

6) Suyu içməzdən öncə Bismillah və sonra Əlhəmdulillah deyin. Daha yaxşısı isə suyu içərkən hər nəfəsdə bismillah və əlhəmdulillah deyilsin.

7) Başqalarına su verməyin böyük savabı vardır. Su içdikdən sonra İmam Hüseynə (ə) salam deyin.

8) Təmiz qabda su için. Su içmək üçün ən yaxşı qabaq şüşə qabdır.

9) Qabın sınmış yerindən və qulpundan su içməyin.

10) Su içməyə qab tapmasanız, sağ əlin ovucu ilə su için.

11) Başqa şəhərə getdikdə öz şəhərinizin suyundan götürün və məqsəd şəhərə çatdıqda oranın suyu ilə qarışdırıb için.

12) Yemək arasında su içməyin.

13) Dolu yağışın (buzdənəli) suyundan içmək üçün istifadə etməyin.

Ad:
E-poçt:
* Comment:
captcha