IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, Sanvarmal Şarma psixi xəstə olan 3 övladını böyüdür. Ailə başçısı övladlarının müalicə xərclərini qarşılamaq üçün öz torpaq və yaşadığı evi satmalı olub. Üstəlik, ata və ananın daim övladlarının yanında olmağı lazımdır, çünki onları nəzarətsiz buraxmaq olmaz.
Müsəlman İshaq Xan və onun oğlu Lətif öz induist qonşularının çətin və ağır vəziyyətindən xəbərdar olduqda buna biganə qalmayıblar.
Xan ailəsi qonşularına öz torpaq sahələrinin bir hissəsini hədiyyə etmək qərarına gəliblər və hətta orada ehtiyaclı ailə üçün ev də tikiblər.
Daha sonra isə başqa bir yerli müsəlman olan İsla öz dostları arasında pul toplayaraq xəstə övladları olan ailəyə yardım ediblər.