IQNA

İslam siyasətində hiyləyə yer yoxdur

18:01 - August 28, 2022
Xəbər sayı: 3492817
İslamda siyasət hiylə demək deyil. etik standartlar və layiqli davranışa diqqət onun əsas komponentləri arasında hesab olunur.

Beynəlxalq Əl-Mustafa universitetinin elmi heyətinin üzvü Höccətül-islam vəl-müslimin Nasir Rəfii, Quranın təfsirində İslam siyasəti ilə bağlı bəzi məqamları ifadə etdi ki, bunları aşağıda oxuya bilərsiniz:

İslamda siyasət anlayışı qərb dünyasından çox fərqlidir. İmamlar Sasətul-ibad (bəndələri idarə edənlər) idilər. Bu, dindən kənar siyasət demək deyil. Siyasət olmadan din, din deyil. İmam Xomeyninin (rəh) dediyi kimi, kimsə dini siyasətdən ayırsa, nə dini düzgün başa düşüb, nə də siyasəti düzgün başa düşüb.

Bütün imamlar siyasətçi olduqları üçün və öz dönəmlərində hökmdarlarla ixtilafda olduqları üçün şəhid olublar. İmamların siyasətçi olmasının ən gözəl dəlili budur. Yoxsa başlarını ibadətlə qatsaydılar və hökmdarlarla heç bir işləri olmasaydı, zülmə məruz qalmaz və axırda şəhid olmazdılar.

Qərbdə siyasət termini hiylə mənasındadır. İmam Əlidən (ə) nəql olunan bir rəvayətdə siyasətçinin zinəti hakimiyyətdə olduğu zaman bağışlaması və ədalətli olmasıdır. Bu rəvayətdə bir siyasətçi üçün üç əsas addım təklif edilmişdir: Birincisi budur ki, Allahın haqqını riayət etməlidir. İkincisi, dirinin haqqı, üçüncüsü, ölülərin haqqına riayət etməkdir.

Siyasətçilər haqqındakı bu üç vəsfi qeyd etməklə, insanların yarısı siyasətdən kənarda qalır. Çünki İslam məntiqində siyasət hiylə deyil.

İnsanların haqqına hörmət etmək möminin başqa bir xüsusiyyətidir. Düşünməməliyik ki, nə qədər məsuliyyətdən qaçsaq da, biz siyasətçiyik. Əksinə, bu, az satmağın nümunəsidir. Bir halda ki, rəvayətdə nəql olunur ki, insanların çiynindən yük götürən şəxs üçün 9 min illik ibadət savabı yazılır.

Biz imamların həyatını bir sistem olaraq araşdırmalıyıq. Yoxsa öz siyasi məqsədlərimiz üçün onların həyatlarının yalnız bir hissəsini işıqlandırmamalıyıq.

Ədalətli hökmdara tabe olmaq siyasi şəxsin digər xüsusiyyətlərindəndir. Burada Məsum İmamın rəvayətinə əsasən, ədalətli hakim ancaq məsum deyildir.

Siyasətçi insanın üçüncü xüsusiyyəti ölülərin haqqına hörmət etməkdir. Şimr və Yezid kimi davamlı lənətlənməli olan kəslər istisna olmaqla, ölülərin arxasınca danışmamalı, onlara böhtan atmamalı və təhqir etməməliyik. Əksinə, onları bağışlamalı və onlar üçün bağışlanma diləməliyik.

 3322367

captcha