"Naziat" surəsinin 40-cı ayəsində buyurulur: "Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi – həvəsdən saxlamışsa".
Bu ayəyə əsasən, cənnətə getməyin şərti Allahdan qorxmaqdır. İnsan Allahın əzəmətini tanıdığı zaman Ondan qorxur. Alimlərin Allahdan qorxusu onların Allaha olan mərifətindən irəli gəlir. Necə ki həzrət Musa (ə) Tur dağında qorxdu: "Elə ki, Musa Bizim vədələşdiyimiz yerə gəldi və Rəbbi onunla (vasitəsiz) danışdı, (Allaha) ey Rəbbim, (Özünü) mənə göstər, Sənə baxım (dünyaya və axirətə xas bütün cəlal və camal təzahürlərini müşahidə etdikdən sonra əldə edilən məxsus bir batini baxışla Səni görüm) dedi. (Rəbbi ona) (dünyada) Məni (belə bir baxışla) əsla görməyəcəksən, lakin bu dağa tərəf bax, əgər o, öz yerində sabit qalsa, sən də Məni görəcəksən (sənin vücudunun qüdrəti Mənim nurumun saçması müqabilində bu dağdan azdır) dedi. Beləliklə, onun Rəbbi(nin nuru) dağa saçdıqda onu parçalayıb toz halına saldı və Musa özündən gedib yıxıldı. Özünə gəldikdə dedi: Sən (gözlə görünməkdən) pak (və uzaq)san! Sənə tərəf qayıtdım (tövbə etdim) və mən ilk iman gətirənəm".
Allahı doğru tanımaq səbəb olur ki, insan Allahı öz əməllərinə nəzarətçi bilsin. Bu, insanda həyanın yaranmasına səbəb olur.
Arıflər deyir ki, Allahı öz əməllərinə nəzarətçi görməkdən həya hissi yaranır. Təqvanın doğru mənası budur. Baxmayaraq ki, bu məna hamı üçün aydın deyil.
Hövzə və universitet ustadı Seyyid Mustafa Mühəqqiq Damadın sözlərindən götürülüb.
4051586