IQNA

Misirdə Əl-Əzhər Quran Hifzi İnstitutunun 70 yeni filialının açılışı

11:02 - November 11, 2025
Xəbər sayı: 3499192
İQNA - Əl-Əzhər Cami Məsçidi Misirin yeni şəhərlərində Əl-Əzhərin Quranı əzbərləmə institutunun 70 yeni filialının açıldığını elan edib.

“Al-Muəşşir” nəşrinin verdiyi xəbərə görə, bu yeni filiallar dini təhsilin və Quran əzbərlənməsinin genişləndirilməsi məqsədilə, həmçinin məsafədən Quran əzbərləmə üzrə beynəlxalq platformanın uğurundan sonra, belə filialları olmayan bölgələrdə birbaşa tədrisə maraq göstərənlərin ehtiyaclarını qarşılamaq üçün açılıb.

Bu addımın məqsədi, həmin bölgələrin sakinləri üçün Quranı əzbərləməyi və dini elmlərə çıxışı asanlaşdırmaqdır. Filiallar, Əl-Əzhərin şeyxi Əhməd ət-Tayyibin tövsiyələri əsasında, Misirdə Əl-Əzhərin Quran tədris mərkəzlərinin genişləndirilməsinə verdiyi xüsusi diqqət çərçivəsində fəaliyyətə başlayıb.

Əl-Əzhər institutlarının baş nəzarətçisi Əbdülmünim Fuad bu barədə deyib: “Yeni filialların açılması, yeni şəhərləri Əl-Əzhərin orta yolçuluq və mütədil düşüncə istiqaməti ilə birləşdirən bir körpüdür.”

O əlavə edib: “Biz Quranı və Qurani elmləri öyrətmək sahəsində yüksək səviyyəli, ifratçılıqdan uzaq təhsil xidmətləri təqdim etməyə çalışırıq ki, gənclərimizi və övladlarımızı radikal düşüncələrdən qoruya bilək.”

Bu kontekstdə, Əl-Əzhər Cami Məsçidinin nəzarətçisi Hani Uda da bildirib: “Yeni filiallarda tədris prosesi, Əl-Əzhər Cami Məsçidinin Quran əzbərləmə institutunda tətbiq olunan keyfiyyət və dəqiqlik standartlarına uyğun şəkildə həyata keçiriləcək.”

O vurğulayıb: “Bu filialların açılması, minlərlə insan üçün Quranı əzbərləmək və dini, həmçinin dünyəvi elmləri yaxından öyrənmək arzusunu reallaşdırmaq istiqamətində geniş bir imkan yaradacaq.”

4315907

Teqlər: misir ، quran hifzi ، Əl Əzhər ، məscid
captcha