IQNA

“Əllamə Qazi haqqında xatirələr” kitabının ərəbcə nəşrinin təqdimatı Beyrutda keçirilib

10:51 - November 10, 2025
Xəbər sayı: 3499185
İQNA - Seyid Məhəmmədhadi İsfahaninin “Yoxluq qalaktikası” (“Kəhkəşane Nisti”) adlı əsərinin ərəbcə tərcüməsi olan “Məcrətül-fəna” kitabı Beyrutda yerləşən “Kitabxana” kitab kafesində təqdim olunub.

“Cəmiyyət və Mədəniyyət Millətlər Şəbəkəsi” saytının məlumatına görə, təqdimat mərasimi Hizbullahın Mədəni Mətnlər və Tədqiqatlar şöbəsinin rəhbəri höccətül-islam Seyid Əli Musəvi və bir qrup mədəniyyət xadimi və media fəallarının iştirakı ilə baş tutub.

Seyid Əli Musəvinin sözlərinə görə, bu kitabın tərcüməsi şəhid Seyid Haşim Safiəddinin istəyi ilə İslam Maarifləri İnstitutu tərəfindən həyata keçirilib. O, bu əsəri “maarif qapılarından biri” adlandıraraq, insanların ondan agah olmasının vacib olduğunu vurğulayıb. Musəvi çıxışında bildirib ki, bu kitab İslam irfanında doğru mənəvi səyir və süluk dərsi sayılır.

Təqdimat mərasiminin açılışında “Kitabxana” kitab kafesinin rəhbəri xanım Mirzədə mədəni müqavimətin, mənəvi və əxlaqi davamlılığın əhəmiyyətindən danışıb və “Yoxluq qalaktikası” kitabının bu məqsədlərin reallaşmasında mühüm əsər olduğunu qeyd edib.

“Yoxluq qalaktikası” kitabı arif və alim Ayətullah Seyid Əli Qazi Təbatəbainin həyatı haqqında, onun yaxınları və dövrünün alimlərinin dili ilə nəql olunan irfani hekayələr toplusudur.

4315752

captcha