Katolik xristianlığının semantik sistemində dünyəvilik anlayışı formalaşmışdır. Xristian keşişləri öz semantik sistemini təyin edərkən kilsənin Məsihin (ə) bədəni olduğunu bildiriblər. Çünki Məsihin (ə) göyə yüksəldiyini və bu kilsənin onun bədəninin simvolu olduğunu bildirirlər. Onların bəziləri Məsihə (ə) mütləq iman gətirdilər və möminlər birliyi yaratdılar. Həyatlarını Məsihin (ə) bədəninə həsr etdilər. Yəni keşiş, rahib və rahibə oldular.
Adi insanlar, Məsihə (ə) inandıqları və mömin olduqları halda, özlərini 100% kilsəyə həsr edə bilmirlər. Məsələn rahiblər, rahibələr, keşişlər və s. ola bilmirlər. Kilsə bu insanları laik adlandırırdı. Buna görə də, xristian dünyasının təbirində sadə insanlar xristian olub Məsihə xidmət etməyə inanan, lakin kilsəyə xidmət etmək imkanı olmayan insanlardır.
Kilsənin qəyyumları dünyəvi əməllər törətdiklərinə görə onları laik adlandırırdılar. Dünyəvi iş kilsənin ayinlərinə zidd olan işlərlə məşğul olmaq deməkdir. Məsələn, evlənmək və uşaq sahibi olmaqdır. Bu izahatla İslam Peyğəmbərinin (s) həyatına kilsə müvəkkillərinin qaydalarına əsasən nəzər salsaq, görürük ki, o həzrət özü evlənir, uşaq sahibi olur, ticarət edir, işləyir, qazanc əldə edir. Həmçinin müsəlmanların da bu işləri görməsini istəyir. Ona görə də onların fikrincə, Peyğəmbər (s) və bütün müsəlmanlar dünyəvidirlər.
Kilsə əhli Allaha çatmağın yeganə yolunun bütün dünya işlərini tərk etmək olduğuna inanır. Lakin İslamda fərqli bir fikir var.
Quran dünyanı xüsusi bir şəkildə müəyyən etmiş, maddi və mənəvi aləmlərin əlaqəsi Quranda dəqiqləşdirilmişdir. Quran qeyb və şəhadət kimi iki məfhumdan istifadə etmişdir. Qeyb aləminə hisslərdən kənar şeylər daxildir. Şəhadət aləmi isə maddi dünyadır.
Amma İslam dünyasında dünyəvilik məfhumunun tərcüməsinə və ürf kateqoriyasına çevrilməsinə görə, ürf həqiqətən dünyəviliyə bərabərdirmi?
İslam ürfü dinə zidd hesab etmir
Bir çox alim və hakimlər yeni bir yerə daxil olanda ya şəriətlə, ya da ürf ilə hökm verir, ürfü din və məzhəbə zidd hesab etmirdilər.
Bu gün biz dünyanı əsasən dünyəvi, qeyri-dünyəvi və dini olaraq bölmüşük. Halbuki Quranın semantik sistemi dünyanı bu şəkildə şərh etmir. Əllamə Cəfərinin tərifini nəzərə alsaq, bizim mövcud çıxılmaz vəziyyətdən çıxış yolumuz olacaq.
Əllamə Cəfəri İslam irfanı kitabında dini tanışlıqdan yaxşı bəhs etmişdir. Dini tanışlığın yeddi sahəsini müəyyən edərkən deyir: Birincisi, elmi sahə, ikincisi, sübut və səbəb sahəsi, üçüncü şügudi, Dördüncüsü əxlaqi, beşincisi hikmət, altıncısı irfan, yeddincisi məzhəbidir. Bu sahələrin məcmuəsi insanların öz xoşbəxtliyi üçün ehtiyac duyduğu dini tanışlıqları təşkil edir.
* "İQNA" ilə din sosiologiyası üzrə tədqiqatçı və müəllim Seyyid Cavad Mirinin müsahibəsindən götürülmüşdür.
4082901