IQNA

Səudiyyə Ərəbistanının baş müftisi təyin edildi

11:04 - October 24, 2025
Xəbər sayı: 3499086
İQNA - Kral Salman bin Əbdüləziz Ali Səudun verdiyi fərmanla şeyx “Salih əl-Fevzan” Səudiyyə Ərəbistanının baş müftisi vəzifəsinə təyin edilib.

“İQNA”-nın Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (SPA)-ya istinadla verdiyi məlumata görə, Kral Salman bin Əbdüləziz Ali Səud çərşənbə günü verdiyi kral fərmanı ilə doktor Şeyx Salih bin Fevzan bin Abdullah əl-Fevzani Səudiyyə Ərəbistanının baş müftisi, Ali Alimlər Şurasının rəhbəri və Elmi Tədqiqat və İfta Baş İdarəsinin rəhbəri olaraq təyin edib.

Məlumata görə, bu kral fərmanı Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın təklifi əsasında verilib.

Fərmanda həmçinin qeyd olunub ki, bu qərar təsdiq və icra üçün aidiyyəti qurumlara bildirilib.

Şeyx Salih əl-Fevzan, ötən ilin 23 sentyabrında vəfat edən əvvəlki baş müfti Şeyx Əbdüləziz bin Abdullah bin Məhəmməd Ali Şeyxin yerinə təyin olunub.

81 yaşında vəfat edən Şeyx Əbdüləziz bin Abdullah bin Məhəmməd Ali Şeyx 1999-cu ilin may ayından, Şeyx Əbdüləziz bin Bazdan sonra, Səudiyyə Ərəbistanının baş müftisi vəzifəsini icra edirdi.

Yeni baş müftinin rəsmi internet səhifəsində qeyd edilir ki, o, 1354-cü hicri ilində (1935-ci miladi) Qasım bölgəsinin əş-Şəmmasiyyə qəsəbəsində anadan olub. O, Şəriət fakültəsindən magistratura və doktorluq dərəcələrinə malikdir.

4312415

captcha