İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna-a istinadən xəbər verir ki, o, 29 avqustda təyyarənin sükanı arxasında əyləşərək Yamaykanın ilk müsəlman qadın pilotu olub.
“Ümid edirəm ki, digərlərini də ruhlandırdım. Öz nailiyyətimlə fəxr edirəm və ümid edirəm ki, öz xalqıma arzuların gerçəkləşdiyini göstərə biləcəyəm“, – deyə əl-Səba bildirib.
O, pilot olmağı uşaqlıqdan arzu edirdi və onun bu arzusu o, hələ uşaq ikən Trinidadda yaşayan nənə və babasının yanına təyyarə ilə səfər edərkən yaranmağa başlayıb.
“O zamandan bəri mənim gözlərim həmişə səmada idi və mənim təyyarələrə marağım daha da artırdı. Möhtəşəm mənzərəyə baxmağı sevirəm. Təbiət insanı valeh edir və uçuşlar insana gözəl mənzərələri duymağa imkan verir“, – deyə xanımı Həssənə xatırlayır.
O, 25 avqustda uçuş imtahanından keçib və 29 avqustda lisenziya alıb.
Müsəlman xanımın növbəti arzusu kommersiya lisenziyası əldə edərək aviaşirkətlərdə uçuşlar həyata keçirməkdir.