IQNA

Hicablı pilot 10 ildir göyləri fəth edir

14:14 - March 03, 2023
Xəbər sayı: 3493785
Səidə Salva Fatimə Hindistan mülki aviasiyasında fəaliyyət göstərən azsaylı qadın pilotlardan biridir.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, gənc müsəlman xanım öz uşaqlıq arzusunu yerinə yetirməyi bacararaq kommersiya aviaşirkətlərinin təyyarələrini idarə edir.

Səidə Fatimənin atası Səid Əşfəq Əhməd öz övladını “möcüzə qız” adlandırır.

4 uşağın ən böyüyü olan Səidə Fatimə təvazökar və sadə bir ailədə böyüyüb başa çatıb – ailə başçısı onları çörəkçi işləyərək halal zəhmətlə qazandığı ruzi ilə böyüdüb.

O, aviasiya institutuna daxil olduqda imkansızlıqdan təhsildən kənarlaşdırıla bilərdi. Çünki həmin zamanlarda onun ailəsində maddi sıxıntı yaşanırdı. İnstitutunun direktoru xeyirxahlıq nümayiş etdirərək ilk bir neçə kursun təhsil haqqını almayıb və nəticədə müsəlman qız kommersiya pilotunun lisenziyasını alıb.

Hicablı bir xabın olan Səidə Fatimə artıq 10 ildən çoxdur ki, təyyarələrdə pilotluq edir.

“Səma məni valeh edir. Mən həmişə pilot olmağı arzu edərdim, lakin hətta bilet almağa belə imkanımız olmazdı. Və ilk uçuşumu da bir sərnişin kimi yox, pilot kabinəsində reallaşdıra bilmişəm“, – deyə o xatırlayır.

Səidə Fatimə həm də ailəlidir və 2 gözəl övladın anasıdır.

captcha