IQNA

İmam Hüseynin (ə) qiyamı haqqın batilə qarşı qiyamı idi

11:12 - September 18, 2022
Xəbər sayı: 3492941
İraqın Əl-Zəhra (s) Universitetinin prezidenti Zeynəb Əl-Molla Əl-Sultani İmam Hüseynin (ə) qiyamının müxtəlif sahələrinə toxunaraq deyib: "İmam Hüseyn (ə) bütün müsəlmanlara, hətta bütün dünya əhalisinə və bütün bəşəriyyətə məxsusdur. O həzrətin qiyamı haqqın batilə qarşı qiyamı idi".

"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, İraqın Əl-Zəhra (s)  Universitetinin prezidenti Zeynəb Əl-Molla Əl-Sultani İraqda Ərbəin münasibəti ilə "İQNA"-nın Kərbəlaya ezam olunmuş müxbirinə müsahibə verib. O, müsəlman qadınların Aşura və Həzrət Zeynəb (s) məktəbindən nümunə götürmələrinin zəruriliyi, Kərbəla xanımının dövrün Yezidilərinə qarşı tutduğu mövqeləri və Yezidin məclisində Əhli-beytinin haqq-ədalətini müdafiə etməsi kimi məsələlərə toxunub. Çıxışının ikinci hissəsində o, bu universitetin tarixi, proqramları və fəaliyyəti haqqında məlumat verib.

O, İmam Hüseynin (ə) qiyamının müxtəlif sahələrinə toxunaraq deyib: "İmam Hüseyn (ə) bütün müsəlmanlara, hətta bütün dünya əhalisinə və bütün bəşəriyyətə məxsusdur. O həzrətin qiyamı haqqın batilə qarşı qiyamı idi".

4085363

Ad:
E-poçt:
* Comment:
captcha