IQNA

İlahi "rəhmət" sifətinin Məhəmməd Mustafada (s) təcəllisi

23:59 - September 25, 2022
Xəbər sayı: 3492980
Həzrət Muhəmməd (s) dünyadan köçən münafiqlərin rəhbəri üçün bağışlanma dilədi və ona çox ehtiram göstərdi. Bir neçə müsəlman buna etiraz edərək dedilər: "Allah Quranda yetmiş dəfə bağışlanma diləsən də biz münafiqləri bağışlamayacağıq demədimi?". Həzrət Peyğəmbər (s) buyurur: "Yetmiş dəfədən çox bağışlanma diləyirəm, çünki ümid edirəm ki, Allah onu bağışlasın".

Allah fitrətən insanda məkarimul-əxlaqı qərar vermişdir. Lakin Peyğəmbərin (s) işi bu istedadı insanda inkişaf etdirmək və onu həyata keçirməkdir.

Peyğəmbər buyurdu: “Mən yalnız Məkarimul-Əxlaqı tamamlamaq üçün göndərilmişəm". Bu hədis mütəvatir hədisdir və bunda heç bir şəkk-şübhə yoxdur. O, “Rəhmən lil-aləmin” ayəsinə uyğun və onu tamamlayıcıdır. Uca Allah Quranda açıq şəkildə buyurur: “Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik” (Ənbiya, 107).

İnsan təbiətcə kəramət (ləyaqət) hüququna malikdir və bu hüquq Allah tərəfindən verilir. “Biz, Adəm övladını şərəfli və hörmətli elədik” (İsra, 70). İnsan anadan bu haqq ilə doğulur və Peyğəmbər (s) bu ləyaqəti tamamlamaq üçün göndərilib.

Əxlaq üç dərəcəyə malikdir: Birinci dərəcə və ya onun ilkin mərhələsi əxlaqi gözəlliklər və ya gözəl təfəkkür, danışıq və davranışdır. İkinci dərəcədə əxlaqi fəzilətlər qərar tutur. Yəni birinci dərəcədən daha çox və üstün xasiyyətlər vardır. Əxlaqi fəzilətlər o deməkdir ki, kimsə bizə yaxşılıq edəndə biz də ona o qədər yaxşılıq edirik ki, artıq ona borcumuz qalmır.

Əxlaqi fəzilətlər mərhələsində bizə yaxşılıq edən insana yaxşılıq edirik. Məkarimul-Əxlaq bunların hər ikisindən üstün və faydalıdır və böhranlarda düyünləri açandır. Məkərəmül-əxlaq o deməkdir ki, kimsə bizə pislik edərsə, onun pisliyinə pisliklə deyil, yaxşılıqla cavab verməliyik. O, alicənab və şərəfli bir insandır və pisliyə yaxşılıqla cavab verəcək əxlaqa malikdir.

Eyni məna “Nəhcül-bəlağə”də və "təqvalılar" xütbəsində də var. İmam Sadiq (ə) Məkarimul-Əxlaq haqqında buyurur: “Sənə zülm edəni bağışla, səndən ayrılanla münasibət qur və səni daha əvvəl məhrum edənə qarşı səxavətli ol”. Əxlaqın bu mənası tarix boyu bütün dinlərin və müdrik insanların böyük təlimi olmuşdur.

Muhəmməd (s) “Ərhəmər-Rahimin” olan Allahın elçisi idi. Allahın iki adı var: Allah və Rəhman. Allah gözəlliyi və məhəbbəti bizi valeh edən və heyrətləndirən kimsə deməkdir. Rəhman isə məhəbbət və mərhəməti haqlı və ya haqsız, kafir və ya mömin istisnasız olaraq hər kəsə çatan deməkdir.

Peyğəmbər (s) də belə bir Allahın elçisi idi və insanlara qarşı çox mərhəmətli idi. Çünki o da insan idi. Ustad Yəhya Yəsrubi İslam Peyğəmbəri (s) haqqında yazdığı kitabda yazır: "Peyğəmbərin (s) Mədinədə olduğu dövrdə münafiqlərin rəhbəri dünyasını dəyişdi. Peyğəmbər (s) onun üçün bağışlanma dilədi və dəfn zamanı ona böyük ehtiram göstərdi. Bir sıra müsəlmanlar ona etiraz edərək dedilər: Allah Quranda buyurub ki, sən yetmiş dəfə bağışlanma diləsən də, biz münafiqləri bağışlamarıq. Bəs nə üçün münafiqlərin rəhbəri üçün bağışlanma dilədin? Peyğəmbər (s) güldü və buyurdu: "Allah yetmiş dəfə buyurdu, yetmiş dəfədən çox bağışlanma diləyirəm, çünki Allahın bağışlamasını ümid edirəm. Allah kimisə bağışlamayıb cəhənnəmə aparsa, nə qazanacağıq?

Burada ustad Yəhya Yəsrubi deyir ki, İslam Peyğəmbəri (s) Allahdan daha mərhəmətlidirmi? Cavab vermir və işi oxucunun öhdəsinə buraxır. Mən bu haqda çox düşünmüşəm və düşünürəm ki, Peyğəmbər (s) bəzən Allahdan daha mehriban ola bilər. Mənası odur ki, o, daha mərhəmətli olmalıdır. Çünki özü də insan idi və məhdudiyyətləri, ağrıları, iztirabları olduğu üçün insanları daha çox başa düşür, onlarla münasibət qururdu. Allah Quranda da belə buyurur: "Biz bütün peyğəmbərləri ancaq insanlardan göndərdik. Əgər mələklərdən göndərsəydik, insanı dərk etməzdi.

* İslam tarixi üzrə alim və tədqiqatçı Höccətül-İslam Məhəmməd Sehhəti Sərdrudinin "İQNA"-ya müsahibəsindən götürülmüşdür.

3886854

Ad:
E-poçt:
* Comment:
captcha