IQNA

Din, Ərəb gənclərinin gözündə şəxsiyyətin ən mühüm komponentidir

10:47 - September 28, 2022
Xəbər sayı: 3492990
Qərbi Asiya və Şimali Afrika ölkələrində aparılan sorğunun nəticələri göstərdi ki, gənc ərəblərin fikrincə, din şəxsiyyətin ən mühüm komponentidir. Həmçinin sabitlik və təhlükəsizlik demokratiyadan daha əhəmiyyətlidir.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, BCW-nin ərəb gənclərinin fikirləri ilə bağlı apardığı sorğunun məlumatları 2010-cu ildə Ərəb Baharından sonra regionun transformasiyasının şahidi olmuş gənc ərəb qadın və kişilərin unikal nəticələrini ortaya qoydu.

 Sorğu şəxsiyyət, dolanışıq, münasibət, vətəndaşlıq, həyat tərzi və gələcək istəklər daxil olmaqla bir neçə əsas mövzu üzrə aparılıb.

Sorğu göstərdi ki, gənclər indi gələcəyə daha inamlı və nikbin baxırlar. Onlar düzgün yolda olduqlarına inamlarını artırmaq üçün dəstəyə və rəhbərə ehtiyac duyurlar.

Qərbi Asiya və Şimali Afrika ölkələrində aparılan sorğunun nəticələri göstərdi ki, gənc ərəblərin fikrincə, din şəxsiyyətin ən mühüm komponentidir. Həmçinin sabitlik və təhlükəsizlik demokratiyadan daha əhəmiyyətlidir.

4088011

Ad:
E-poçt:
* Comment:
captcha