IQNA

İraqlılar Ərbəin üçün sabit bir büdcənin ayrılmasını alqışlayırlar

10:29 - September 30, 2022
Xəbər sayı: 3493000
İraqda keçirilən sorğunun nəticələri göstərib ki, bu ölkə əhalisinin əksəriyyəti Ərbəin ziyarəti üçün büdcədən müəyyən faiz ayrılması ilə razıdır.

"İQNA", İraq "Nun" xəbər agentliyinə istinadən xəbər verir ki, “Əl-Varis” İnsan İnkişafı və Strateji Araşdırmalar Akademiyası iraqlıların Ərbəin ziyarətinə ölkənin illik büdcəsinin müəyyən hissəsini ayırmağı qəbul etmələri ilə bağlı sorğu keçirib.

Bu akademiyanın direktoru Əqil Əl-Şərifi İmam Hüseynin (ə) Ərbəin ziyarətinin qlobal miqyas aldığını və artıq dini və turizm sahəsi ilə məhdudlaşmadığını vurğulayaraq deyib: "Dünyanın bütün ölkələrindən milyonlarla zəvvarın iştirak etdiyi bu mərasim universal xarakter daşıdığı üçün onun geosiyasi təsirləri var".

Bu sorğuda müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan 1014 İraq vətəndaşı iştirak edib ki, onlardan 940-ı lehinə, 74-ü isə əleyhinə olub.

4088591

Ad:
E-poçt:
* Comment:
captcha