IQNA

62-ci Malayziya Beynəlxalq Quran Yarışmasının təfərrüatları

14:27 - October 06, 2022
Xəbər sayı: 3493033
Oktyabrın 19-da start götürəcək və oktyabrın 24-ü bazar ertəsinə qədər davam edəcək Malayziyanın Qurani-Kərimi qiraət və əzbərləmə üzrə 62-ci beynəlxalq müsabiqəsinin proqramları açıqlanıb.

"İQNA", xəbər verir ki, bu il Malayziyada keçirilən 62-ci Beynəlxalq Quran Müsabiqəsi İranın Korona dövründəki beynəlxalq Quran yarışları kimi ilkin mərhələdə oflayn və son mərhələdə əyani şəkildə keçiriləcək.

Bu müsabiqə Malayziyanın İslam İnkişaf İnstitutu tərəfindən bir həftə ərzində Malayziyanın Kuala-Lumpur şəhərində dünyanın müxtəlif ölkələrindən olan qari və hafizlərin iştirakı ilə səhər və axşam iki növbə ilə keçiriləcək.

Açılış mərasimi açıqlanan təqvimə əsasən, oktyabrın 19-u, çərşənbə günü gecə saat 20:00-da başlayacaq və turnir oktyabrın 24-ü bazar ertəsinə kimi davam edəcək.

Bu müsabiqədə iştirak edənlərin yaşı 13 və ondan yuxarı olmalıdır. Bu yarışmada iştirak etmək üçün öncəlik ölkələrində keçirilən daxili Quran yarışlarında yüksək yerləri tutan iştirakçılarladır.

İslam dünyasının ən qədim beynəlxalq Quran müsabiqəsi olan bu yarışma Malayziyadakı İslam İnkişaf İnstitutu tərəfindən təşkil olunur.

4086949

 

captcha