IQNA

Əl-Əzhərin din və Quran alimi dünyasını dəyişib

10:48 - October 07, 2022
Xəbər sayı: 3493034
Qurani-Kərimə məhəbbətə və Allahın kitabının ayələrini əzbərləməyə əsaslanan təhsil sisteminin yaradılmasını vurğulayan Əl-Əzhər Universitetinin ustadı Şeyx Üsamə Əbdüləzim dünyasını dəyişib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Əl-Əzhər Universitetinin İslamşünaslıq fakültəsinin keçmiş ilahiyyat şöbəsinin müdiri və fiqh ustadı Şeyx Usamə Əbdüləzimin dəfn mərasimində minlərlə misirli iştirak edib.

Bu din xadimi ilə vidalaşmaq üçün təşkil olunan bu mərasim Misirin müxtəlif əyalətlərindən insanların və şəxsiyyətlərin iştirakı ilə Qahirənin cənubundakı Əl-Abaciə bölgəsindəki Əl-Məvasilə məscidindən başlayıb. Bu, sosial şəbəkələrdə geniş reaksiyalara səbəb olub.

Əl-Əzhərinin bu alimi ötən bazar ertəsi, oktyabrın 3-də vəfat edib. Əl-Əzhərin alimləri və şeyxləri və bu ölkənin daxilindən və xaricindən digər şəxsiyyətlər başsağlığı mesajları göndəriblər. Onlar onu Peyğəmbərin (s) sünnəsinə ən böyük və ən sadiq təbliğçirlərdən biri kimi təsvir edilmişdir.

Misirin keçmiş Vəqflər Naziri və bu ölkənin hazırkı Vəqflər Nazirinin müşaviri Məhəmməd Əs-Səğir deyib ki, Şeyx Quran sevgisinə əsaslanan bir təhsil sisteminin olmasının istəməsi ilə məşhurdur. O, Quranı əzbərləmənin müsəlmanların vəzifələrindən biri olduğuna inanmış, elm və zahidlik öyrətməkdə dünyada nümunə olmuşdur.

4089837

captcha