IQNA

Küveytdə keçirilən 11-ci Beynəlxalq Quran Müsabiqəsinin ikinci günü

19:37 - October 15, 2022
Xəbər sayı: 3493082
İştirakçılar 11-ci Beynəlxalq Qurani-Kərim Yarışmasının ikinci günündə xalqın geniş rəğbəti altında yarışıblar.

"İQNA", Küveyt xəbər agentliyinə istinadən xəbər verir ki, iştirakçılar Beynəlxalq Qurani-Kərim yarışının ikinci günündə yarışlarını davam etdiriblər. Bu yarışma bu ölkənin əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Cümə günü, Mehr ayının 22-si və bu yarışmanın ikinci günü müxtəlif ölkələrdən 13 nəfər əzbər, qiraət və təcvid sahələrində yarışıb. Bu müsabiqədə müxtəlif ölkələrdən 126 nəfər iştirak edib.

Küveytin 11-ci beynəlxalq Quran yarışı dünyadakı Korona xəstəliyinə görə iki il bağlandıqdan sonra bu il cümə axşamı, oktyabrın 13-də başlayıb.

4091953

captcha