"İQNA", Livandan xəbər verir ki, Bu yarışma “Maarif” İslam Mədəniyyəti Dərnəyinə bağlı Cənubi Livanda yerləşən Maarif Mərkəzinin səyləri ilə və Peyğəmbərin (s) mövludu ayı olan Rəbiul-Əvvəl ayı münasibətilə təşkil edilmişdir.
Livandakı “Maarif” kitabxanaları üçün təhsil və dəstək mərkəzi də bu müsabiqənin keçirilməsində əməkdaşlıq edir. Bu müsabiqəyə Peyğəmbər (s) haqqında 50 sual daxildir.
Müsabiqənin 45 sualına cavab verə bilən şəxslər qalibləri elan etmək üçün yekun püşkatmada iştirak edəcəklər.
Bu müsabiqədə iştirak üçün son tarix oktyabrın 20-i elan edilib. Qaliblər üçün 35 milyon Livan lirəsi dəyərində nağd pul və digər mükafatlar nəzərdə tutulub.
4092408