IQNA

İngiltərədəki ehtiyacı olanlara kömək etmək üçün məscid və kilsə əməkdaşlığı

11:12 - October 30, 2022
Xəbər sayı: 3493166
İngiltərənin şimal-şərqindəki “Hartlepool” şəhərindəki “Nəsir” məscidi bu şəhərin kilsələrindən biri ilə əməkdaşlıq edərək imkansızlar üçün yeməklər hazırlayır.

"İQNA", "Hartlepool Mill"-ə istinadən xəbər verir ki, İngiltərənin şimal-şərqindəki Hartlepul şəhərindəki məscid ölkədə davam edən iqtisadi böhran fonunda insanlara pulsuz yemək təqdim edir.

Brougham Terrace-dəki Nəsir Məscidində hər həftə könüllülər 100-dən çox yemək hazırlayır və Aydan kilsəsinə çatdırılır.

Onlar bunu ilk Corona karantini başlamazdan əvvəl və sonra iki ildən bəri edirlər və 14,600-dən çox insana ərzaq yardımı göstərdilər.

Bu məscidin imamı Tahir Səlbi elan edib: "Biz bu işə Koronanın ilk günlərində başlamışıq. Əvvəlcə səhiyyə işçiləri üçün yemək hazırladıq, sonra yerli ərzaq bankları üçün yemək hazırlamağa başladıq".

O, əlavə etdi ki, İlk günlərdə 1000 yeməyi böyük məqsəd hesab edirdim. Amma indi 15 minə qədər yemək hazırlayıb ehtiyacı olanlara veririk.

Könüllülər hər çərşənbə axşamı bir neçə saat vaxt sərf edirlər ki, cümə axşamı səhər Müqəddəs Aydan kilsəsinə çatdırılacaq yeməkləri bişirib qablaşdırsınlar. Onların yeməkləri adətən düyü və noxud, düyü və kartof, bəzən isə düyü və ətdən ibarətdir.

4095313

captcha