"İQNA", "Bəvabətu News"-a istinadən xəbər verir ki, Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə oktyabrın 29-da Qahirədə İmam Hüseyn (ə) məscidində Quran Qariləri Birliyinin üzvləri ilə görüşündə deyib: "Bu müsabiqə 2023-cü il fevralın 4-də Qahirədə keçiriləcək".
O əlavə etdi: "Misir Vəqf Nazirliyi Quran və Quran əhlinin qayğısına qalmaq üçün səylərini əsirgəmir. Məşvərət və koordinasiya ilə bu ölkənin 29-cu Beynəlxalq Quran Müsabiqəsi üçün ustad Mustafa İsmayılin adı seçilib".
Misirin vəqf naziri bildirib: "2023-cü il indiki dövrü keçmişlə əlaqələndirmək və o dövrü indiki dövrdə bir daha canlandırmaq və Misirin qızıl dövrünün qarilərinin adını ucaltmaq üçün yaxşı bir ildir".
4095477