IQNA

Britaniyada ilk və ən böyük İslam incəsənəti şəkil qalereyası

21:33 - November 06, 2022
Xəbər sayı: 3493215
Artz-i İslam İncəsənət və Suvenir Qalereyası Bradford şəhərində Longside Lane-də köhnə dəyirmanın bir hissəsini fars, ispan, türk, Misir və Bağdad sənətləri üçün bir məkana çevirdi.

"İQNA", "Telegraph and Argus"-a istinadən xəbər verir ki, bu qalereyanın yaradıcısının adı Məhəmməd Rəsuldur. O, Artz-i mağazasını şəhər mərkəzindən bura köçürüb.

Qalereya bütün Amerika və Britaniya qitəsindən müştəriləri cəlb edir.

Dünyanı gəzmiş və Nyu-Yorkda bir çox məşhur moda markaları üçün çalışmış Məhəmməd, heç kimin etdiklərini etmədiyini və qalereyaya baş çəkərək insanların daha əvvəl heç vaxt yaşamadıqları çox fərqli bir şeyin dadını çıxara biləcəklərini ifadə etdi.

Məhəmməd Bağdaddan çoxlu rəssamların olduğunu və onlarla işləməyin gözəl hiss olduğunu bildirdi.

 

Qalereyanın təsisçisi bildirib ki, dəyirman uzun tarixə malikdir. Satışın böyük hissəsi, yəni 80%-i internet vasitəsilə həyata keçirilir. O əlavə edib ki, onların 40%-i Amerika və Londondan olan böyük müştərilərdir.

Divarlar İslam inancına əsaslanan unikal xüsusi sənət əsərləri ilə doludur. Orada Allahın adları yazılmış 99 daş və səhrada dəvə şəkli və Quran oxumaq üçün araşdırıla bilən QR kodlar var.

Artz-i qalereyasında həm də yerli studiyada sənət əsərləri yaradan rəssamlar yarı zamanlı çalışır.

Mançesterdə böyüyən Məhəmməd qalereyanı 2014-cü ildə açdığını, lakin Kovid səbəbindən köçdüklərini bildirib.

Bradford şəhərinin xüsusi bir ab-havası olduğunu və qeyri-müsəlmanların bu sənətə baxışının təəccüblü olduğunu bildirən Məhəmməd, onu itirmək istəmədiyi üçün bu şəhərdə qaldığını bildirib.

4097356

captcha