IQNA

Şeyx Əl-Əzhər Quran yarışı başlayıb

20:24 - November 12, 2022
Xəbər sayı: 3493250
Noyabrın 12-də Misirdə 180 minə yaxın iştirakçı ilə Şeyx Əl-Əzhər Quran yarışları başlayıb.

"İQNA", "Bəvabətul-Əhram"-a istinadən xəbər verir ki, bu yarış şənbə, noyabrın 12-i başlayıb və noyabrın 25-dək davam edəcək.

Bu məqsədlə müsabiqənin keçirilməsi üçün qərargah lazımi kompüterlərlə təchiz edilib. Komitələrin koordinatorlarına yarışların təşkili ilə bağlı təlimlər keçirilib.

Əl-Əzhər mərkəzlərinin tələbələri və Əl-Əzhərdə təhsil alan tələbələr onlayn şəkildə Quran əzbəri şifahi imtahanında iştirak edəcəklər.

İştirakçılar üç mərhələdə sınaqdan keçiriləcək. Daha sonra 80 və daha çox bal toplayanlar növbəti mərhələdə iştirak etmək üçün seçiləcək. Müxtəlif regionlardan ən yaxşıları Qahirədə keçiriləcək final mərhələsinə göndərilmək üçün müəyyən ediləcəklər. Sonda ilk 10-luq elan olunacaq.

4098718

captcha