IQNA

Müsəlmanların psixi sağlamlıq proqramı qlobal bir mükafat qazandı

12:09 - November 16, 2022
Xəbər sayı: 3493272
Ruh adlı müsəlman psixi sağlamlıq proqramı Almaniyada keçirilən G20 Gənc Sahibkarlar Alyansının Sammitində sosial sahibkarlıq kateqoriyasında ikinci yeri qazanıb.

"İQNA", "Muslim Links"-ə istinadən xəbər verir ki, bu proqramın təsisçisi Ömər Xandır və o, Kanadanın Ontario şəhərində yaşayır. Ruh psixologiyanı İslamla birləşdirən proqramdır. O, dünya müsəlman cəmiyyətində psixi sağlamlıq problemi ilə üzləşən yarım milyard insan üçün nəzərdə tutulub.

O, deyib ki, bu gün müsəlman psixi sağlamlıq xidməti təminatçılarının və dəstək axtaranların bir araya gəlib bir-birini tapa biləcəyi vahid, etibarlı platforma yoxdur. Biz bu boşluğu doldurmaq üçün buradayıq. Vizyonumuz müsəlman müştərilərin dəyərlərinə uyğun gələn müsəlman psixi sağlamlıq xidməti təminatçısı tapmaq üçün əlverişli platforma olmaqdır.

G20 Gənc Sahibkarlar Alyansı gənc sahibkarlar və onlara dəstək verən təşkilatların qlobal şəbəkəsidir. Bu sammit G20 üzvlərinin görüşündən sonra G20-yə üzv ölkələr üçün gənc sahibkarların əhəmiyyətini dəstəkləmək məqsədilə keçirilir.

G20 Gənc Sahibkarlar Alyansının Sammiti 2010-cu ildən keçirilir.

4099722

captcha