"İQNA", "Şəfəqna"-ya istinadən xəbər verir ki, “Akademiya” qlobal institutu tədqiqat, elmi və humanitar nəşrlərin çapı sahəsində fəaliyyət göstərir. O, Kanadanın MakMaster Universitetinin ustadı Ləyaqət Takim tərəfindən yazılan Kərbəla hadisəsi haqqında xüsusi kitabı nəşr edib.
Kitabın xülasəsində bu kitabın Kərbəla hadisəsinin Cənubi Asiyanın mədəni və ədəbi səhnəsinə təsirini əhatə etdiyi bildirilir.
Kanadanın MakMaster Universitetinin İslamşünaslıq üzrə ustadı Ləyaqət Takim bu ilin sonunda Ütbə Hüseyni Ziyarətgahı Araşdırma Mərkəzinin təşkilatçılığı ilə keçirilən 6-cı Beynəlxalq Ərbəin ziyarəti elmi konfransında iştirak edib.
Bu konfransda o, İmam Hüseynin (ə) Ərbəininin dirçəlişinin tarixi fonu haqqında məqalə təqdim edib.
4100523