IQNA

Namazla tanışlıq / 2

Niyə namaz qılmalıyıq?

19:19 - November 30, 2022
Xəbər sayı: 3493343
İbadət bizə həmişə Allahı xatırladır, Allahı yad etmək bizi alçaq, zülm, günah və fəsaddan çəkindirir. Allahın bəndəsi olan insan şeytanın əsiri və həvəsinin quluna çevrilməz.

Böyük Allah bizim namzımızdan mənfəət aparmaz. Həmçinin bizim namaz qılmamağımız da ona zərər verməz. Namaz qılsaq, özümüz ruhun paklığına və saflığına nail olar və çirkinliklərdən uzaq olarıq. Namaza etinasız yanaşsaq, onun mənəvi və ictimai təsirlərindən məhrum olarıq. Axirətdə isə nankorluq, Allahdan uzaqlaşdığımız və fəsada bulaşdığımız üçün cəza (əzab) görəcəyik.

Bizim kamillik və səadətimiz “Allahın bəndəliyində”dir. Bu bəndəlik və ibadət “namaz” şəklində zahir olur. Deməli, namaz yaradana pərəstiş, ibadət, ona və nemətlərinə diqqət yetirməkdir ki, gündə bir neçə dəfə icra edilir.

Bu ibadət bizə həmişə Allahı xatırladır və Allahı yad etmək bizi zillətdən, zülmdən, günah və fitnədən çəkindirir. Allahın qulu olan insan şeytanın əsiri və şəhvətin quluna çevrilməz. Namaz qılarkən əmrə təslim olan, artıq şər qüvvələrə boyun əyməz.

Namaz qılırıq ki, Allahı yad etmək gecə-gündüz və bütün ömrümüz boyu qəlbimizdə yaşasın. Allaha diqqət yetirmək bizim “qul” olduğumuzu, Onun bizim sahibimiz, Rəbbimiz və vəlimiz olduğunu bizə xatırladır. Heç bir bəndə də sahibinin əmr, istək və meylinə qarşı hərəkət etməməlidir.

Allah buyurur: “Məni yad etmək üçün namaz qıl!” (Taha, 14). Başqa bir ayədə oxuyuruq: “Namaz (insanı) çirkinlikdən və nalayiq işlərdən uzaq tutar” (Ənkəbut, 45).

Baxmayaraq ki, bizim təvazökarlığımızı, diqqət və bəndəliyimizi mərhəmətli yaradana çatdıran hər bir iş ibadət sayıla bilər. Amma O, bizim Rəbbimiz, biz də Onun bəndələri olduğumuz üçün Ona necə və hansı formada ibadət edəcəyimizi seçə bilmərik. O, nəyi bəyənirsə, hansı əmri verirsə, ona diqqət yetirməliyik və bunu həyata keçirməliyik.

  • Möhsin Qəraətinin yazdığı "Namaz ilə tanışlıq" kitabından götürülmüşdür
Ad:
E-poçt:
* Comment:
captcha