IQNA

Namazla tanışlıq / 3

Necə namaz qılaq?

20:07 - December 13, 2022
Xəbər sayı: 3493413
Namaz müsəlmanların dini əlamətlərindən və vəzifələrindən biridir. Amma bu əməlin məna və məfhumuna görə namazda 4 əsas xüsusiyyət olmalıdır ki, onu kamil və təsirli hesab edək.

İslamda qıldığımız namaz Allahın iradəsi və peyğəmbərinin əmridir. Əgər biz xalis bəndəyiksə, dində və fiqhdə deyilən hər şeyi olduğu kimi yerinə yetirməliyik ki, bu ibadət bizi Allaha tərəf aparsın. Allahın, Peyğəmbərin və İmamların buyurduqlarına görə, ibadət və namaz belə olmalıdır:

1_ Agahlıqla edilən ibadət

Diqqət və düşüncəsiz, kor-koranə ibadətlərin heç bir dəyəri yoxdur. İnsan namazda cümlələrin, zikrlərin və duaların mənasına diqqət yetirməli, kimin qarşısında dayandığını, nə dediyini bilməlidir. İslam Peyğəmbəri (s) buyurur: "Diqqətlə qılınan iki rükət namaz, gecəni qəflətlə oyaq qalıb ibadət etməkdən yaxşıdır".

2_ Eşqlə edilsin

Tənbəllik və süstlüklə qılınan namazın heç bir təsiri yoxdur. İbadət edənin qəlbində Allah sevgisi olmalıdır. Ona nemət və rəhmət bəxş edən Allaha sevgi və məhəbbətlə namaz qılmalıdır. Həmçinin namazı Allahın lütfünə şükür edərək, maraq və şövqlə qılmalıdır.

Allahın Rəsulu (s) namazı gözünün nuru hesab edirdi.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, azan səsini eşidib biganə olarsa, zülm etmişdir. İbadət və namaz şövqü elə olmalıdır ki, azan səsini eşidəndə hər şeyi qoyub Allah ilə danışmağa tələssin.

3_ Xalis niyyətlə edilsin

Qurana görə, din və dini işlər Allah üçün xalis olmalıdır. Onlara qeyri ilahi niyyət və hədəf qarışdırılmamalıdır: "Onlara Allaha ibadət etmək və dini Onun üçün xalis etmək əmr verilmişdir” (Bəyyinə, 5).

Riyakarlıq şirkin bir növüdür və hər bir işi dəyərsizləşdirir. Allahdan başqası, başqalarının diqqətini cəlb etmək və insanları aldatmaq üçün qılınan namazı Allah qəbul etməz və ona savab verməz. İxlassız ibadət ruhsuz bədən kimidir. Namazın ruhu onun xalis olmasıdır.

4_ Təvazökarlıqla birlikdə olsun

Namazda xüşu (təvazökarlıq) o deməkdir ki, ibadət edənin qəlbi Allahla və diqqəti Ona olsun. cismani rahatlıq olmalıdır. Həqiqətən də özünü hər bir şəxsiyyət və məqamdan üstün, hər bir qüdrətdən güclü olan Allah qarşısında hiss etməlidir.

Hədislərdə buyurulur: “Allaha elə ibadət et ki, sanki Onu görürsən!”. Əgər bu vəziyyətdəsinizsə, Allahın onları “xoşbəxt möminlər” adlandırdığı bir mərhələyə çatmısınız. Onların xüsusiyyətlərindən biri belədir: "O kəslər ki, namazlarında təvazökar olarlar" (Möminun, 2).

Allahın razı qaldığı namaz üçün qeyd edilən bu xüsusiyyətlərlə insan peyğəmbərlərin, imamların, təqvalı və üstün insanların namaz və dualarına diqqət yetirdikdə, özü ilə o insanlar arasında məsafə görür və öz-özünə deyir: "Ey kaş, Allahın bəyəndiyi, qəbul etdiyi və böyük mükafat verəcəyi bir namaz qıla bilərdik".

Həmçinin namazı mütəmadi və nizamlı oxumaq lazımdır, çünki namazda səhlənkarlıq və etinasızlıq, bəzən qılıb, bəzən də qılmamaq günah sayılır.

  • Möhsin Qəraətinin yazdığı "Namaz ilə tanışlıq" kitabından götürülmüşdür.
captcha