IQNA

Quranda tövhid / 7

Əsl eşqi və məhəbbəti tanıyaq

11:39 - December 21, 2022
Xəbər sayı: 3493446
Allahın məhəbbəti insan fitrəti ilə iç-içədir. Əsl məhəbbət və eşqi tanımalıyıq ki, üstün eşq ilə alçaq və qeyri-real eşqdən xilas olaq.

"İQNA", xəbər verir ki, müəllif və dini tədqiqatçı höccətül-islam vəl-müslimin Məhəmməd Əli Xosrəvi “Quranda tövhid” adlı yeddinci mühazirəsində həqiqi eşqin dərk edilməsinin zəruriliyini vurğulayıb. Onun mətnini aşağıda oxuya bilərsiniz:

Xoşbəxtliyə çatmaq və Allaha tərəf getmək üçün həm eşq yolu, həm də ağıl yolu düzgündür. Qurani-Kərim onların hər ikisindən bəhs etmişdir. Bu ikisi arasındakı ziddiyyət düzgün deyil. Onlar bir-birini tamamlayır.

Ağılsız eşq və eşqsiz ağıl nöqsanlıdır və insanı heç bir yerə çatdırmaz. Necə ki, Quran "Ulul-Əlbab" (ağıl sahibləri) haqqında buyurur: “O kəslər ki, Allahı zikr edərlər... və haqqında düşünərlər...” Məhəbbət mövzusunu da müzakirə edir, “İman gətirənlərin Allaha olan sevgisi daha şiddətlidir”. Şiddətli məhəbbət o zaman məhəbbət adlanır ki, insan Allahı və Onun gözəlliklərini bütün varlığı ilə sevsin, onu görüb pərəstiş etsin və onu qəlbində saxlasın.

Allah sevgisi insan fitrəti ilə iç-içədir. Bu, insana kənardan verilən bir şey deyil və bu sevgi insandan ayrıla bilməz.

İmam Səccad (ə) və digər İmamların (ə) oxuduğu Şəbaniyyə duasından bir cümlənin dərin mənası var: " Aman Allah, Nəfsani istəklər və dünyanın cilvələri mənə o qədər təzyiq göstərmişdir ki, mənim üçün mühiti və meydanı daraltmışdı. Özümü bu cürbəcür səbəb və amillərdən xilas etməyə gücümün çatmadığını hiss etdim. Mən tələyə düşmüşdüm, amma bir şey məni xilas etdi. Sevgini ürəyimə qoyduğun an və mən oyanıb sənin sevgini görəndə günahlarıma asanlıqla göz yuma bildim".

İnsanı nəfsani istəklərdən xilas edə bilən sevgi və məhəbbətdir, başqa yol yoxdur.

Üstün məhəbbətlə alçaq və həqiqi olmayan sevgilərdən xilas olacağıq. Əsl eşq və məhəbbəti tanıyın”.

3967052

captcha