IQNA

Kəşmir müsəlmanları Yeni il şənliklərində iştirak edib

21:20 - December 27, 2022
Xəbər sayı: 3493480
Bir qrup Kəşmir müsəlmanı bu bölgədəki xristianların Yeni il şənliklərində Şaxta baba papağı qoyaraq şirniyyat paylayaraq iştirak edib.

"İQNA", "Deccan Herald"-a istinadən xəbər verir ki, ənənəvi qardaşlığın ardınca bir qrup yerli müsəlman bazar günü Şrinaqar şəhərində Milad bayramını qeyd etmək üçün xristian qonşularına qoşulub.

Bir qrup yerli müsəlman Şaxta baba papaqlarını taxaraq, xristian icmasının üzvləri ilə bayram şənliyini bölüşmək üçün şəhərdəki yerli kilsəyə gedib.

Bu müsəlman qrupu bildirib ki, Kəşmir həmişə müxtəlif dinlərin və mədəniyyətlərin görüşmə yeri olub. Onlar həmişə bir-birinin kənarında olub və Kəşmiriyyat adlı böyük eklektik mədəniyyətə qarışıb.

Bu insanlardan biri deyir: "Tariximizdə ulu mədəniyyətimizin bünövrəsini bir anlıq sarsıdan enişli-yoxuşlu hadisələr olub. Amma tarix bir sübutdur ki, biz keçmişdəki bütün problemlərə baxmayaraq, irsimizi həmişə qoruyub saxlamışıq".

4109878

captcha