IQNA

2023-cü ilin ilk günündə Kanadada Quran yarışı keçirilib

14:01 - January 01, 2023
Xəbər sayı: 3493500
20-ci Quran müsabiqəsi 2023-cü ilin ilk günü Kanadada keçirilib.

"İQNA", "MAC Net"-ə istinadən xəbər verir ki, Kanada Müsəlmanları Assosiasiyası (MAC) tərəfindən təşkil edilən bu müsabiqəyə qeydiyyat ötən həftə aparılıb. Bütün iştirakçılar 1 yanvar 2023-cü ildə əyani şəkildə oxuyublar.

Bütün iştirakçılara yalnız bir müsabiqə bölməsində qeydiyyatdan keçməyə icazə verilir.

Gənclər bölməsinin iştirakçıları 2004-2018-ci il təvəllüdlü iştirakçılardır.

Adıçəkilən yarışların təşkilatçılarının sözlərinə görə, bu bölmədə 4 yaşdan yuxarı bütün şəxslər iştirak edə bilərlər. Əz-Zəhravan bölməsində (Bəqərə və Ali-İmran surələrinin qiraətində) də 4 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

Kanada Müsəlmanları Assosiasiyası Kanada müsəlman icmasına dini və təhsil xidmətləri göstərən qeyri-kommersiya təşkilatıdır. Hazırda MAC Kanadanın 13 şəhərində fəaliyyət göstərir.

Bu assosiasiyanın əsas mərkəzi Alberta ştatının Edmonton şəhərində Ər-Rəhmət İslam Mərkəzi adı altında fəaliyyət göstərir. Bu mərkəzdə məscid, yaradıcı zehn məktəbə hazırlıq təhsil müəssisəsi, İslam məktəbi və iki gənclik mərkəzi var.

4110802

captcha