IQNA

Katara Quran Mükafatı müsabiqəsinin final mərhələsi keçiriləcək

23:58 - January 09, 2023
Xəbər sayı: 3493543
Qətərdəki Katara Mədəniyyət Kəndi Fondu 2023-cü ildə altıncı Quran qiraəti müsabiqəsi "Katara Mükafatı"nın final mərhələsinə 100 iştirakçının seçildiyini bildirib.

"İQNA", "marsalqatar.qa"-ya istinadən xəbər verir ki, bu müsabiqə “Qurani-Kərimi səsinizlə bəzəyin” şüarı ilə Qətərin Vəqf və İslam İşləri Nazirliyinin nəzarəti altında təşkil olunub. Müsabiqəyə qeydiyyat 2022-ci il sentyabrın 1-dən noyabrın 30-dək aparılıb.

6-cı dəfə keçirilən bu müsabiqə video göndərməklə və virtual formada keçirilib. 67 ölkədən qarilər bu müsabiqədə iştirak ediblər.

Quran istedadlarını aşkar etmək, onlara dəstək olmaq, görkəmli və yenilikçi qariləri təltif etmək, gənc qarilər arasında dinə bağlılıq və islami öhdəlikləri yerinə yetirmək üçün motivasiya yaratmaq, müsəlman uşaqlarını Allahın kitabına üz tutmağa təşviq etmək və Quranda təfəkkür etmək bu müsabiqənin keçirilməsinin məqsədlərindəndir.

 İndiyədək 13 ərəb ölkəsi və 18 qeyri-ərəb ölkəsini təmsil edən 100 iştirakçı Katara Mükafatı Quran müsabiqəsinin final mərhələsinə yüksəlib ki, onlardan 58-i ərəb ölkələrindən, 42-si isə qeyri-ərəb ölkələrindəndir.

Bu müsabiqənin yarışları Qətər TV ilə əməkdaşlıq çərçivəsində 26 televiziya proqramında yayımlanacaq. Bu müsabiqənin mükafatı 900 min Qətər Rialdır ki, birinci yerə 500 min Rial, ikinci yerə 300 min Rial və üçüncü yerə 100 min Rial veriləcək.

4113324

captcha