IQNA

Mərakeşli xanım, İtaliya məhkəmələrinin ilk hicablı hakimi olub

19:58 - January 17, 2023
Xəbər sayı: 3493573
Mərakeşli xanım İtaliya məhkəmələrinin ilk hicablı hakimi təyin edilib.

"İQNA", "Press B" saytına istinadən xəbər verir ki, ənənəvi ailədən olan 30 yaşlı mərakeşli xanım Hacər Boudra, Turin Məhkəmə İnstitutunun buraxılış imtahanından keçərək İtaliyanın ilk hicablı hakimi hesab olunur.

Xanım Boudranın İtaliyada ilk müsəlman hakim seçilməsi bu ölkənin yerli mətbuatının diqqətini çəkib. Bu mediada deyilənlərə görə, o, İtaliyanın şimalında yerləşən fermalarda çalışan mərakeşli fermerin qızıdır.

Hacər Boudra hazırda Verona məhkəməsinin dövlət ittihamı şöbəsində stajyer kimi çalışır və hakimlərin təlim kurslarını bitirir.

O, öz sözlərində Mərakeşdə doğulduğunu, daha sonra ailəsi ilə birlikdə İtaliyaya və atasının kənd təsərrüfatı ilə məşğul olduğu Verona şəhərinə mühacirət etdiyini bildirib və əlavə edib: "O, yeniyetmə yaşlarından çətinliklərə baxmayaraq, hicab taxmağa qərar verib. Məhdudiyyətlərlə qarşılaşıb, amma heç vaxt məqsədinə çatmaqdan əl çəkməyib".

4115148

 

captcha