IQNA

Quran surələri / 58

Quran "Hizbullah" dedikdə nəyi nəzərdə tutur?

20:19 - January 21, 2023
Xəbər sayı: 3493590
Qurani-Kərimdə həqiqi möminlərdən “Hizbullah”a qoşulmaq istənilir. Baxmayaraq ki, bu gün "hizb" (partiya) sözü etiqadi-siyasi terminə çevrilib. Lakin Quran baxımından bu söz bir intellektual və dini atmosferə aiddir. Məxsus irq və ya dilə aidiyyatı yoxdur. Ona görə də istənilən şəxs hər yerdə dünyada Hizbullah üzvü ola bilər.

Qurani-Kərimin əlli səkkizinci surəsi “Mücadələ” adlanır. 22 ayədən ibarət bu surə Qurani-Kərimin iyirmi səkkizinci cüzündə qərar verilmişdir. Mədinədə nazil olan bu surə Peyğəmbərə (s) nazil olan yüz altıncı surədir.

Bu surənin “Mücadələ” adlandırılması qadının ərindən İslam Peyğəmbərinə (s) şikayət etməsi ilə bağlıdır. Bu şikayət və etiraz bir növ boşanma səbəbindən olub.

“Mücadələ” surəsinin özəlliyi onun bütün ayələrində “Allah” kəlməsinin keçməsidir. Bu xüsusiyyət ancaq Mücadələ surəsində görünür.

Mücadələ surəsinin məzmununu üç hissəyə bölmək olar:

Birinci hissədə islamdan əvvəlki dövrdə boşanma ilə bağlı qanunlardan bəhs edilir. Daha sonra İslamın bu məsələyə münasibəti bəyan edilir və boşanma qanunları doğru səmtə yönləndirir.

Həmçinin Peyğəmbərlə (s) söhbət etmək, həmçinin məclisə yeni gələnlərə hörmət və ehtiram göstərmək də daxil olmaqla, başqaları ilə ünsiyyətin ədəb və əxlaqı ilə bağlı məsələlərdən bəhs edilir.

Son hissədə münafiqlərin davranışlarını araşdırır. O kəslər ki, zahirən İslam və İslam məqsədləri ilə həmfikirdirlər, lakin gizli şəkildə İslam düşmənləri ilə əlaqə saxlayırlar. Bu surədə müsəlmanlar münafiqlər qrupuna qoşulmaqdan çəkinməyə çağırılır; Bu surədə bu dəstə “şeytanın hizbi” kimi təsvir edilir. Həmçinin həqiqi müsəlmanlara Allah yolunda sevməyi, Allah yolunda düşmən olmağı tövsiyə edir və onları Hizbullaha qoşulmağa dəvət edir.

Bu ayədə “Hizbullah” məxsus bir qrupa, irqə, dilə və ya bölgəyə aid deyil. Allah düşməni ilə dostluq etməyən və əməlləri Allah yolunda olan həqiqi möminləri nəzərdə tutur. Ona görə də hər bir möhkəm və güclü mömin dünyanın istənilən yerində olsun və istənilən dilə sahib olsun, onlar “Hizbullah”ın bir hissəsidirlər.

captcha