"İQNA"-nın verdiyi məlumata görə; Əhməd Amir, hamısı Quran əhli olan bir ailədə anadan olub. Belə ki, onun atası güclü qarilərindən, babası da Quran hafizi idi. Əhməd Amirin ailəsi onun təxminən dörd yaşı olanda olarkən Quranı ona əzbərlətməyə başlayıb. O, on bir yaşında Quranı bütünlüklə əzbərləməyi bacarıb.
Əhməd Amir 1306-cı ildə Misirdə anadan olub və 89 il yaşayıb. Maraqlıdır ki, o, 13 yaşında asanlıqla qiraət edirdi. Qiraət və təcvid qaydalarını yaxşı bilirdi. Əvvəlcə Əbdül-Fəttah Şəşainin qiraət üsulunu təqlid edirdi.
Maraqlıdır ki, Əhməd Amirin yaşadığı kəndin camaatı 13 yaşından ona ustad adını vermiş, ömrünün sonuna kimi ustad adlandırmışdılar.
Əhməd Amir gənc yaşlarında Quranı necə öyrənməsi barədə danışıb. O, bildirib ki, təcvid qaydalarını öyrəndikdən sonra Quran tilavətinin müxtəlif üsullarını öyrənməyə gedib və bu üsullarla tanış olub.
Əhməd Amirin Misir Radiosuna daxil olması ilə bağlı müxtəlif fikirlər var; Çünki bəziləri onun radioya 1956-cı ildə, bəziləri isə 1963-cü ildə gəldiyinə inanır. Əslində hər iki fikir doğrudur. O, 1956-cı ildə məharətli qarilərin qiymətləndirilməsi şurasının qarşısına çıxdı və radioda qiraət etmək üçün icazə aldı. Lakin o zaman müharibə zamanı idi. Misir Radiosunun binasının bombalanması səbəbindən radionunu fəaliyyəti bağlandı. Bu səbəbdən onun radioda tilavət etdiyi ilk qiraət 1963-cü il noyabrın 17-də olmuşdur.
1958-ci ildə Əhməd Amir Xəlil Əl-Həsri və Əbdül-Hakimlə birlikdə ilk xarici səfərini Sudana etdi. Daha sonra Bəhreyn, Hindistan, Yəmən, İran və Suriya kimi digər ölkələrə səfər edərək çoxlu gözəl qiraətlər yadigar qoyub.
Əhməd Məhəmməd Amirin səsi misirli qiraətçilərin indiyə qədər eşitdiyi ən güclü səslərdən biridir. Hətta 88 yaşında da tam gücü ilə qiraət edirdi. Əlbəttə ki, onun müstəqil şəkildə xüsusi üslub təqdim etmədiyini və qiraət tərzində Mustafa İsmayılı təqlid etdiyini söyləmək olar.
3753682