Peyğəmbərləri tanımağın üç yolu vardır: 1- Möcüzələr. 2-Peyğəmbərlərin keçmişini, hallarını və fəaliyyətlərini araşdırmaq. 3- Əvvəlki peyğəmbərlərin işarələri. Bu bölmədə birinci yol təsvir edilmişdir.
Müəyyən etməyin ilk yolu: möcüzələr
Kim ki, mən sizə Allah tərəfindən yol göstərən olaraq göndərilmişəm. Allahla, sonsuz qüdrət və elm sahibi ilə əlaqəsi olduğumu söyləyən şəxs, başqalarının öhdəsindən gələ bilməyəcəyi bir iş görməlidir. Bununla da öz sözünü sübut edir ki, başqa aləm ilə həqiqətən güclü bir əlaqəsi var. Bu əməl möcüzə adlanır.
İlahi peyğəmbərlərin hər birinin öz doğruluğunu sübut etmək üçün bir möcüzəsi və ya möcüzələri olmuşdur. O cümlədən bunlara işarə etmək olar:
1- Dəmiri onun (Davud) üçün (onun əlində) yumşaltdıq" (Səbə, 10).
2- Küləyi Həzrət Süleyman üçün ram etmək. “Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi” (Sad, 36).
3- Həzrət Saleh üçün dağdan çıxan dəvə. “Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik” (Qəmər, 27).
4- Musa peyğəmbərin əsası əjdaha oldu. “Musa əsasını (yerə) atdı və o, dərhal (hamının gözünə) aşkar görünən bir əjdaha oldu” (Əraf, 107).
5 – Həzrət İsanın quş yaratması. “Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar” (Ali-İmran, 49).
Sual: Peyğəmbərlərin işi ilə ixtiraçıların, asketlərin, sehrbazların və pəhləvanların işi arasında nə fərq var? Onlar da başqalarının edə bilmədiyi işləri görürlər, niyə onlara peyğəmbər deyilmir?
Cavab:
1- Bu insanların işi təlimin nəticəsidir. Asketlər və ixtiraçılar kurs və ustad görüblər, amma peyğəmbərlər müəllim, mürşid və ustad görməyiblər.
2- Bu insanların işi peyğəmbərlərin işindən fərqli bir təlimdir. Qırx gün yatmayan, yemək yeməyən asket və ağır çəki qaldıran pəhləvan bu bacarığı uzun məşq nəticəsində əldə ediblər.
Həzrət Salehin ətrafına toplaşan camaat ona deyirlər ki, əgər ilahi qüdrətlə əlaqən varsa, indi bu dağdan belə xüsusiyyətlərə malik bir dəvə çıxar. Demədi ki, mən məşq edənə qədər gözləyin, məşq nəticəsində dağdan yavaş-yavaş dəvə çıxardacam. Bundan əlavə, prinsipcə, belə heyrətamiz şeyləri təmrin ilə etmək olmaz.
3- Bu insanların işi çox vaxt maddi məqsədlərlə əlaqələndirilir. Sehrbaz sehrə başlasa, pəhləvan çəki qaldırsa, asket bir iş görsə, bu, ya insanların diqqətini cəlb etmək, ya var-dövlət toplamaq, ya əylənmək, ya da nəhayət, şirin həyat keçirmək üçündür. Amma peyğəmbərlərin məqsədi alicənab insan və ideal bir cəmiyyət qurmaq və insanı başqa bir gücə yönəltməkdir.
4- Bu insanların keçmişi pis ola bilər, amma peyğəmbərlər məsumdurlar və həyatda heç bir zəiflikləri yoxdur.
5-Sehrbazlar, asketlər və ixtiraçılar heç vaxt başqalarının bu işi edə bilməyəcəyini və qarşılarında rəqib görməyə cəsarət etməzlər. Lakin peyğəmbərlər tam cəsarət və aramlıqla bəyan edirlər ki, başqaları belə bir iş görməyə qadir deyillər.
Odur ki, peyğəmbərlərin möcüzələri ilə başqalarının göz oxşayan işləri arasında istər hərəkətin növü, istər məqsəd, istərsə də onu həyata keçirən şəxs baxımından bir çox fərqlər vardır. Bir az diqqət ilə insanlar heç vaxt sehrbazları, asketləri, dahiləri və ixtiraçıları peyğəmbərlərlə səhv salmazlar.