IQNA

Çelsi klubu İngiltərənin ən böyük iftar tədbirinə hazırlaşır

15:39 - March 14, 2023
Xəbər sayı: 3493852
“Çelsi” klubu ölkə müsəlmanlarının iştirakı ilə “Stemford Bric” stadionunda böyük iftar mərasimi keçirməyi planlaşdırdığını açıqlayıb.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, “Çelsi” futbol klubu bu ilin müqəddəs Ramazan ayında martın 26-da “Stemford Bridge” stadionunda böyük iftar süfrəsi açacağını açıqlayıb.

Londonda yerləşən ingilis klubu rəsmi internet səhifəsində verdiyi açıqlamada iftar mərasiminin Stamford Bridge Stadionunda keçiriləcəyini və bunun Böyük Britaniyada öz növbəsində ən böyük tədbir olacağını açıqlayıb.

“Çelsi” əlavə edib ki, bütün məscidlər, klub üzvləri, tərəfdarlar və İslam məktəblərinin tələbələri klub işçiləri ilə birgə təşkil olunacaq iftarda iştirak etməyə dəvət olunur.

Çelsi Xeyriyyə Fondunun sədri Saymon Taylor deyib: "Ramazan Çadırı Layihəsi ilə birgə bu ictimai iftarın keçirilməsini elan etməkdən məmnunam. Belə bir tədbirə ev sahibliyi edən ilk Premyer Liqa klubu olmaqdan çox qürur duyuruq."

4128082

captcha