IQNA

Ərəbistanda Ramazan ayının istihlalı ilə bağlı ümumi çağırış edilib

11:36 - March 21, 2023
Xəbər sayı: 3493893
Səudiyyə Ərəbistanı Ali Məhkəməsi ölkənin geniş ictimaiyyətindən mübarək Ramazan ayını görmək üçün (çərşənbə axşamı axşam) gözlə və ya teleskopun köməyi ilə istihlal etməyi xahiş edib.

"İQNA", Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ali Məhkəməsi ictimaiyyətdən müqəddəs Ramazan ayının hilalının görünməsi ilə bağlı çərşənbə axşamı, axşam saatlarına qədər araşdırma aparmağı xahiş edib.

Bu qurum bir bəyanatda elan edib ki, Ali Məhkəmə ölkə daxilində hər kəsdən müqəddəs Ramazan ayının hilalını görməyə 21 Mart 2023-cü il çərşənbə axşamı axşam saatlarında başlamağı xahiş edir.

Sözügedən qurum ayı adi gözlə və ya cihazın köməyi ilə görənlərdən ən yaxın məhkəməyə məlumat vermələrini və ifadələrini orada qeyd etmələrini və ya yaxınlıqdakı məhkəməyə müraciət etmək üçün ən yaxın mərkəzlə əlaqə saxlamalarını xahiş edib.

Bu bəyannamənin davamında deyilir: "Ümid olunur ki, bu işdə imkanı və marağı olanlar bu məqsədlə müxtəlif bölgələrdə yaradılmış nümayəndə heyətlərinə qoşulacaq və bu işin savabına şərik olacaqlar. Çünki bu əməkdaşlıq yaxşılıq və təqva yolunda və müsəlmanların hamısının xeyrinədir."

4129233

 

captcha