IQNA

Hicabla mübarizə Sloveniyada İslamofobiyanın gizli simvoludur

5:04 - March 27, 2023
Xəbər sayı: 3493918
Sloveniyada bir müəllimin hicab taxdığına görə qızı qovmasından sonra Sloveniya cəmiyyətində gizli ksenofobiya və islamofobiya ilə bağlı müzakirələr yenidən qızışıb.

"İQNA", "Breaking Latest News"-a istinadən xəbər verir k, bu internet saytı Sloveniya cəmiyyətində ksenofobiya məsələsinə toxunub və bu qız şagirdin sinifdən qovulmasına işarə edərək yazıb: "Bu, Lyublyana şəhərindəki orta məktəbdə baş verib. Direktor qızın (tələbənin) heç bir səhv etmədiyini deyərək təhsilini davam etdirəcəyinə inandırıb. Amma həmçinin aydınlıq gətirib ki, müəllimə qarşı tədbir görülməsi üçün mövcud qanunlar nəzərə alınmalıdır".

Müəllimin hələ də sinifdə olub-olmaması və ya qızın hələ də dərsə gedib-getmədiyi hələlik aydın deyil.

Nəzəri olaraq, Sloveniya konstitusiyası dini inanclara görə hər hansı ayrı-seçkiliyi qadağan edir, lakin reallıq budur ki, Sloveniyada hicab taxmaq müsəlman qadınlar üçün rahat seçim deyil.

Məktəbdə hicab məsələsi Sloveniya cəmiyyətində mövcud olan az-çox gizli ksenofobiyanın daha bir əlamətidir. Ən ciddi fakt odur ki, müstəqillik elan edildikdən sonra 25 mindən çox adam Sloveniya vətəndaşları siyahısından çıxarılıb.

4129684

captcha