IQNA

Qvineya-Konakridə 41-ci Milli Quran Müsabiqəsi başlayıb

12:57 - April 01, 2023
Xəbər sayı: 3493941
Martın 30-da Qvineya Respublikası Konakridə 41-ci milli Quran tilavəti, hifzi və təfsiri üzrə final mərhələsinin iştirakçılarının yarışı başlayıb.

"İQNA", "Şəfəq" xəbər bürosuna istinadən xəbər verir ki, bu müsabiqə Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və Rəhbərlik Nazirliyi və Qvineya-Konakrinin Dini İşlər Katibliyi ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Kişilər və qadınlar olmaqla iki bölmədə keçirilən bu yarışın final mərhələsində 8 fənn üzrə 250 iştirakçı rəqabət aparır.

Bu müsabiqənin açılış mərasimi martın 29-da, çərşənbə günü Quran ayələrinin tilavəti və Qvineya-Konaqrinin Dini İşlər Naziri Şeyx Kermova Javara və Dansa Koromanın çıxışı ilə başladı. Qvineya-Konaqri parlamentinin sədri Fahad Al-Rəşidi, Səudiyyənin bu ölkədəki səfiri, Şeyx Vəhid Mücərrəbi, Seneqal Respublikasının dini qurumunun direktoru və bəzi ərəb və İslam ölkələrinin səfirləri bu mərasimin iştirakçıları arasında idilər.

Bu müsabiqənin bağlanış və qaliblərin elan edilməsi mərasimi mübarək Ramazan ayının 15-də keçiriləcək.

4130737

captcha