IQNA

400 təmsilçinin iştirakı ilə Mavritaniya milli Quran yarışı başlayıb

22:55 - April 02, 2023
Xəbər sayı: 3493949
Aprelin 1-də “Navadhibo” (bu ölkənin ikinci ən böyük şəhəri) şəhərində 400 təmsilçinin iştirakı ilə üçüncü Mavritaniya Quran hifzi və təcvidi müsabiqəsi başlayıb.

"İQNA", Mavritaniyanın “Əl-Əxbar” xəbər agentliyinə istinadən xəbər verir ki, bu yarışlar Mavritaniyanın “Əl Furqan” mədəni-maarif dərnəyinin təşkilatçılığı ilə keçirilir. İştirakçılar Quranı əzbərləmək və təcvidi sahəsində yarışırlar.

Bu müsabiqənin açılış mərasimində yerli və bələdiyyə rəsmiləri, mədəniyyət və islami işlər üzrə müdirlər və gənclər, bir sıra məscid imamları, fəqihlər və ənənəvi Quran tədrisi məktəblərinin ustadları iştirak ediblər.

Mavritaniyanın “Əl-Furqan” mədəni-maarif birliyinin rəhbəri Muhəmməd Əl-Əmin Vələd Əmər bununla bağlı deyib: "Bu yarışmada 400-dən çox iştirakçı var ki, onlar bir ay müddətində Quranı əzbərləmək və təcvidi sahəsində yarışacaq. Sonda da qaliblərə mükafatlar təqdim olunacaq.

O əlavə edib: "Ölkə gəncləri arasında Quran tədrisi mədəniyyətinin təbliği və Quran nəslinin yetişdirilməsi bu Quran tədbirinin məqsədlərindən biridir".

4130937

captcha