İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, siyahının tərtibatı zamanı dünyanın fərqli nöqtələrindəki 65 şəhərlə bağlı araşdırma aparılıb.
Müsəlmanların yaşadığı iki ölkə – Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri siyahının liderləri olub.
Dünyanın ən təhlükəsiz şəhəri olaraq isə Peyğəmbər (s) şəhəri olan Mədinə şəhəri seçilib. Bu şəhər 10 bal üzərində 9,3 bal alıb. Mədinə qadın səyyahların rahatlıqla səfər edəcəyi və öz təhlükəsizliklərinə görə narahat olmayacağı bir şəhər seçilib.
Siyahıda ikinci yeri isə Dubay şəhəri tutub – 10 bal üzərindən 8,12 bal.
Təhlükəsizlik və digər kateqoriyalar baxımından ən pis şəhərlər isə CAR-ın Yohannesbuq, Malayziyanın Kuala-Lumpur və Fransanın Paris şəhərləri seçilib.