IQNA

Ramazanın mənəvi ruhiyyəsini davam etdirmək

13:05 - April 25, 2023
Xəbər sayı: 3494074
Ramazan mənəviyyatının insan həyatında il boyu davam etməsi daxili və zahiri bir vaiz tələb edir. Ramazan mənəviyyatının davamı üçün insan batini moizə ilə yanaşı, böyüklərin və alimlərin öyüd-nəsihətlərindən də istifadə etməlidir ki, bu yola davam edə bilsin.

 Ramazan ayından sonra diqqət etməli olduğumuz məsələlərdən biri də odur ki, Ramazan ayından faydalanmışıqsa, onu qoruyub saxlaya bilməliyik. Hətta bəzi böyüklər bu mənəviyyatı gələn ilin Ramazan ayına qədər də artırmağa çalışırlar ki, növbəti Ramazan ayında daha yüksək mövqedə olsunlar. Həmçinin mənəviyyat yolunda tərəqqi nərdivanı ilə getsələr, daha yüksək pillələrə çatsınlar.

Bu baxımdan, insanın yaradılış prinsipinə diqqət yetirmək istəsək, görərik ki, insan varlığı bütün canlılardan fərqlidir. Mələklərin ancaq ruhani və mənəvi cəhəti var, ona görə də onlara Mələk deyilir. Heyvanların heyvanilik və maddi cəhətləri vardır. Lakin insan elə bir varlıqdır ki, heyvanlıq və maddi cəhətləri heyvanlarla bölüşürsə, mənəvi ölçüləri də mələklərlə bölüşür. Bu səbəbdən də irfani sahədə insan hərtərəfli  bir mövcud adlanır. Yəni insan elə bir varlıqdır ki, həm maddi, həm də mənəvi cəhətləri vardır.

Daha sadə dillə desək, əgər insanı bu baxımdan tərif etmək istəyiriksə, deməliyik ki, insanın öz ehtiyac və tələbləri olan cismani cəhəti var. Onun üçün sağlamlıq və xəstəlik önəmlidir. Biz buna görə də sağlamlığımızı qorumaq üçün bir sıra göstərişlərə əməl etməliyik. Həmçinin insanın mənəvi cəhəti var ki, bu da bir növ qidalanma və sağlamlığın qorunmasını tələb edir. Böyüklər adətən dualarında Allahdan sağlamlıq diləyirlər, necə ki, Səhifeyi Səccadiyyə dualarında bizə öyrədilmişdir. Onlar təkcə cismi sağlamlıq axtarmırlar. Allahdan belə diləyirlər, Ya Allah! Bədənimizi və ruhumuzu sağlam et və bizə ruh və qəlbin sağlamlığını bəxş et.

Qurani-Kərim buyurur ki, Qiyamət günü bizə faydalı olacaq sərmayələrdən biri də sağlam ürəkdir.

«يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ / إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ»

“O gün nə pul, nə də övlad fayda verəcək / Allah dərgahına sağlam qəlblə gələnlərdən başqa”

Bu dünyada insan orqanizmi üçün qidalanma, nəfəs alma, içmə və s. kimi bir sıra şeylər lazımdır.  Lakin təbiət aləminin maddi cazibə və əlaqələri insanı o qədər məşğul edə bilər ki, o, mənəvi ölçülərdən qafil olar. Axirətə və mənəviyyata diqqət yetirmək üçün xəbərdarlıq və xatırlatma amillərini təmin etməlidir.

Həm də insanın kamilliyi ondadır ki, iradəsi nəfslərinə qalib gəlsin. Uşaqlarda istək iradəyə hakim olur, lakin tərbiy olmuş insanların iradəsi meyl və həvəsinə qalib gəlir. Ramazan ayı iradənin istəyə qalib gəldiyi çox gözəl bir məşqdir. Bu ayda insan ibadət etmək istəyər, ona görə də nə qədər yemək və qidalanma həvəsi olsa da, bu istəyini bir kənara qoyub güclü və mənəvi iradə ilə Allah-Təalaya bəndəlik edər.

Əmirəl-möminin Əlinin (ə) Nəhcül-bəlağədə nəql etdiyinə görə, ola bilsin ki, bəzi oruc tutanlara yalnız aclıq və susuzluq qalır. Nə çox gecə yuxudan oyananlar var ki, yalnız gecənin oyaq qalmasının çətinliyini dadıblar. Xoş o insanların halına ki, sağlam ürəklə oruc tutur və oyaq qalıb ibadət edirlər.

* Bu, Məhəmməd Əsdiqərmarodinin "İQNA"-ya müsahibəsindən bir hisssədir.

4135779

captcha