IQNA

Tunis Beynəlxalq Kitab Sərgisinin ziyarətçilərinə Quran hədiyyə edilib

5:52 - April 29, 2023
Xəbər sayı: 3494090
Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi 37-ci Tunis Beynəlxalq Kitab Sərgisində iştirak edir. O, bu sərginin ziyarətçilərinə Quran hədiyyə edəcək.

"İQNA", xəbər verir ki, bu sərgi cümə günü, aprelin 28-də Tunisin Mədəniyyət və İrsin Qorunması Nazirliyinin himayəsi və bu ölkənin prezidenti Qeys ibn Səidin iştirakı ilə açılıb və 10 gün davam edəcək.

Bu sərgidə 22 ölkədən 323 mərkəz və institut iştirak edir və sərgidə 500 mindən çox kitab nümayiş olunur.

Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi Tunis Beynəlxalq Kitab Sərgisində iştirak edərək, Malik Fəhd Mədinə Çap və Quran Mərkəzinin kitabçalarını və Qurani-Kərimin tərcüməsini özündə əks etdirən məhsullarını təqdim edib.

Səudiyyə stendində nümayiş etdirilən digər əsərlər arasında Quranın 77 tərcüməsi, aydın, asan təfsir üçün xüsusi olaraq Brayl Quran (Əl-Təfsirul-Müyəssər) və 3D virtual Həcc və Ümrə tətbiqi də var. Ziyarətçilər isə bu stenddə olmaqla virtual həqiqət texnologiyası (VR) vasitəsilə Məscidun-Nəbini ziyarət edə bilərlər.

Həmçinin bu stend Tunis Kitab Sərgisinin ziyarətçilərinə müxtəlif ölçülərdə və Qurani-Kərimin tərcümələri olan minlərlə Quran nüsxəsini hədiyyə edəcək.

4137058

captcha