IQNA

Berlin metrosunda hicablı qadına qarşı irqi təcavüz

21:43 - May 02, 2023
Xəbər sayı: 3494114
Bazar ertəsi yerli KİV-in məlumatına görə, Berlin metrosunda baş örtülü müsəlman qadın irqi zorakılığa məruz qalıb.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki,  polis irqi söyüşlər səsləndirən və qadının hicabını zorla çıxarmağa çalışan şübhəlinin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Bu hadisə Almaniyanın paytaxtında əcnəbiləri, o cümlədən hicablı müsəlman qadınları hədəf alan ksenofobik hücumların sonuncusu idi.

Berlin polisi təsdiqləyib ki, 20 yaşlı müsəlman qadın Rathaus Nukullen metro stansiyasında kimsə tərəfindən sözlü və fiziki hücuma məruz qaldıqdan və hicabını çıxarmağa və saçını yolmağa cəhd etdikdən sonra yüngül xəsarətlər alıb.

Polisin məlumatına görə, şübhəli şəxs hadisə yerindən qaçmazdan əvvəl irqçi təhqirlər səsləndirib. Hücum edənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Almaniyada son illərdə qaçqın böhranından sui-istifadə edən və miqrantların qorxusunu aşılamağa çalışan ifrat sağçı qrupların və partiyaların təbliğatı ilə şiddətlənən irqçilik və islamafobiya artıb.

Səlahiyyətlilər 2022-ci ildə sözlü və fiziki hücumlar, hədə məktubları və məscidlərin yandırılması da daxil olmaqla ən azı 569 islamofob cinayəti qeydə alıb.

4137918

captcha