
"İQNA", "Mal qəzetin"-ə istinadən xəbər verir ki, Mayın 15-dən etibarən Məscidün-Nəbinin rəhbərliyi Məscidün-Nəbinin içərisində Kəbənin tarixi və pərdəsini əks etdirən sərgi təşkil edib. Onun məqsədi zəvvarları Kəbənin tarixi, qapı və divarının yenidən qurulması və ərazisinin inkişafı ilə tanış etməkdir.
10 günlük bu sərgidə Kəbə ilə bağlı kolleksiyalar, o cümlədən Kəbə üçün təmizlik alətləri, Kəbədə istifadə olunan ud və qızılgül suyu kimi ətirlər, Kəbənin xarici pərdəsi və daxili örtüyünün bəzi köhnə parçaları yer alır.
Həmçinin bu sərgidə Kəbədə istifadə olunan köhnə lampaların nümunələri nümayiş etdirilir və ziyarətçilər bu sərgidə Kəbə pərdəsinin nümunəsini tikə bilərlər.
Bu sərgidə Kəbə Qapısı, Kəbə Açarı, Qara Daş və Yəmani Sütunu kimi Kəbənin xüsusi hissələrini göstərən bəzi gözəl köhnə şəkillər və Kəbə ilə bağlı bəzi sənədli filmlər, o cümlədən Kəbənin üzərindəki kitabələrin filmi, Kəbə qapısı və müqəddəs hərəmlərin yerlərinin köhnə şəkilləri təqdim olunub.
4141342