IQNA

İraqın dörd vilayətində Quran yay kursları keçirilir

10:31 - May 17, 2023
Xəbər sayı: 3494184
Həzrət Əbəlfəz (ə) Hərəminin Qurani-Kərim Elmi Mərkəzi İraqın 4 vilayətində məktəb şagirdləri üçün yay Quran kurslarının keçiriləcəyini elan edib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Bu kurslara Həzrət Əbəlfəz (ə) Hərəminin Quran Elmi Məclisinə bağlı Nəcəf filialının Quran Mərkəzi nəzarət edəcək.

Bu kurslar 6-16 yaş arası oğlan tələbələr üçündür və Meysan, Vasit, Divaniyyə və Nəcəf vilayətlərində keçiriləcək.

Bu kursların İraqın digər əyalətlərində də keçirilməsi nəzərdə tutulur və bu bölgələrin tələbələri ondan faydalanacaqlar.

İraqda yay Quran kurslarında fiqh, əxlaq, əqidə, həyat tərzi və Quran dərsləri tədris olunacaq. Bu kurslar təhsil proqramlarının hazırlanması üzrə ixtisaslaşmış komitə tərəfindən hazırlanacaq.

4140987

captcha