IQNA

19:14 - May 17, 2023
Xəbər sayı: 3494186

65 yaşlı misirli xanımın Quranı əzbərləməsi

65 yaşlı misirli Nəsfə Abbas Məğazi, savadının aşağı olmasına baxmayaraq, Quranı əzbərləməyə çalışmağa başlayıb. O, indiyə qədər Quranın bir cüzünü əzbərləyib.

65 yaşlı misirli xanımın Quranı əzbərləməsi

"İQNA", "Əl-Vətən"-ə istinadən xəbər verir ki, Misirin Əsnai əyalətinin Əzaimə kəndindən olan Nədəvi ləqəbi ilə tanınan Nəsfə Abbas Məğazi 65 yaşında Qurani-Kərimi bütünlüklə əzbərləmək kimi çoxdankı arzusunu həyata keçirmək əzmininə başlayıb.

O, yaşlı olmasına baxmayaraq, nəvələri yaşında olan uşaqlarla məktəbə gedir, azyaşlı uşaqlar kimi məktəb müəlliminin köməyi ilə Qurani-Kərimi öyrənmək və əzbərləməklə məşğuldur.

Bu yaşlı qadın iki il əvvəl oxumaq və yazmaq savadının aşağı olmasına baxmayaraq, uşaqlarla məktəbə getmək və Qurani-Kərimi əzbərləməyə başlamaq qərarına gəlib. Böyük səylə Quranın birinci cüzünü əzbərləməyə müvəffəq olmuş və ikinci cüzünü əzbərləməyə başlamışdır.

Bu yaşlı misirli xanım Qurani-Kərimi bütövlükdə əzbərləməyin və Həcc ziyarətinə getməyin çoxdankı arzusu olduğunu bildirib.

4141436

captcha