IQNA

Namaz haqqında maraqlı məqamlar / 4

Namaz üçün hicrət etmək

10:38 - June 15, 2023
Xəbər sayı: 3494330
Tehran (İQNA) - Namaz o qədər əhəmiyyətlidir ki, Allahın Peyğəmbəri (s)onun üçün hicrət edib və yaşadığı şəhərdən uzaqlaşıb. Bu hicrət namaza diqqət yetirməyin əhəmiyyətini göstərir. Çünki hər bir vəziyyətdə işi dayandırıb əvvəl vaxtında namazı qılmaq tövsiyə olunur.

Quranda İbrahim peyğəmbərin (ə) belə dediyini oxuyuruq: "Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim" (İbrahim, 37).

  Bəli, İbrahim (ə) Məkkəyə gəlib Kəbəni ibadət edənlərin qibləsi olaraq yenidən tikmək üçün namazlar qıldı və sonra insanları Həccə dəvət etdi. Sanki Kəbəyə doğru namaz qılmaq İbrahimin (ə) nəzərində Kəbəni təvaf etməkdən daha əhəmiyyətlidir!

Namaz o qədər əhəmiyyətlidir ki, Allahın Peyğəmbəri (s) onun üçün hicrət edib, yaşadığı şəhərdən uzaqlaşıb. Bu hicrət namaza diqqət yetirməyin əhəmiyyətini göstərir. Çünki hər bir vəziyyətdə işi dayandırıb əvvəl vaxtda namaz qılmağa tövsiyə olunur.

  Namaz üçün məclisi tərk etmək

Quranda adı çəkilən dinlərdən biri də sabeindirlər ki, Yəhyaya meyl edir və ulduzların  təsirli olduğuna inanırlar. Onların xüsusi namazları və mərasimləri var. Uzaq illərdə bu məzhəbin alim, lakin məğrur bir rəhbəri var idi ki, İmam Rza (ə) ilə dəfələrlə söhbət etmiş, lakin o, İslamı qəbul etməmişdir.

  İmam Rza (ə) məclislərin birində dəlil gətirdi. O, təslim oldu və dedi: "İndi ruhum yumşaldı, mən sənin məktəbini qəbul etməyə hazıram".

Bu zaman azan verildi. İmam Rza (ə) namaz qılmaq üçün məclisi tərk etdi. Camaat dedilər: Bu həssas fürsətdir, belə fürsət gəlmir, İmam buyurdu: "Əvvəl  namaz qılmaq lazımdır"!

  Sabiinlərin rəhbəri imamdan bu məsuliyyətli olmağı görəndə marağı artdı və namazdan sonra söhbətini tamamlayıb iman gətirdi.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha