IQNA

Quran surələri / 85

Odda yandırılan möminlərin hekayəsi

9:41 - June 18, 2023
Xəbər sayı: 3494340
Tehran (İQNA) - Tarix boyu bir çox mömin qruplar güclü və qüdrətli insanlar tərəfindən zülm və işgəncələrə məruz qalmışdır. O cümlədən, torpaqlarından qovulan və ya müxtəlif üsullarla işgəncələrə məruz qalıb öldürülən xristianlar olub.

Qurani-Kərimin səksən beşinci surəsi “Buruc” adlanır. 22 ayədən ibarət bu surə Qurani-Kərimin 30-cu cüzündə yer alıb. Məkkə surələrindən biri olan "Buruc" surəsi İslam Peyğəmbərinə (s) nazil olan iyirmi yeddinci surədir.

"Buruc" "qüllə" sözünün cəmidir və saraylar mənasındadır. Qüllələrin sahibi adlandırılan səmaya and içməklə başlayan bu surə bu münasibətlə “Buruc” adlanır.

Bu ayə göydəki saraylara və ya hündür və aydın bir şeyə işarə edir. Qədim astronomiya elmi ayın aylıq və günəşin dolanmasını on iki hissəyə bölürdülər ki, hər birini bürc adlandırırdılar. Amma bəzi təfsirçilər bu ayənin əlaqəsini qədim astronomların nəzəri ilə əlaqəsiz hesab ediblər. Bu ayədə olan bürcün onlara deyil, ulduzların mövqeyinə işarə etdiyinə inanırlar.

Buruc surəsi səmaya və qiyamət gününə and içməklə və onun gerçəkliyini və mütləq baş verəcəyini vurğulamaqla başlayır. Möminləri incidən, onları həlak edən “Uxdud” səhabələrinin hekayətindən bəhs edir. Sonra möminlərin aqibətindən, qiyamət günü mükafatlarından, Allahın sifətlərindən və əməllərindən bəhs edir. Firon və Səmud hekayətinə, Allahın elminə, Allahın insanların əməlləri, hərəkətləri və niyyətləri üzərində elmi hakimiyyətinə və Quranın əzəmətinə işarə edir.

“Buruc” surəsinin 4-dən 8-ə qədər olan ayələrində "Uxdud" səhabələrindən bəhs edilir. “Uxdud” böyük çuxur deməkdir. Bu surədə bu sözün mənası möminləri atıb yandırmaq üçün odla doldurulmuş çuxurlardır. Təfsirçilər və tarixçilər arasında bu hekayənin nə zaman baş verməsi ilə bağlı ixtilaf var. Ən məşhur nəzər bu əhvalatın Yəmən torpağındakı yəhudi padşahı ilə bağlı olmasıdır. Bu yəhudi padşahı Nəcran xristianlarını yəhudi dininə dəvət etdi, lakin onlar qəbul etmədilər. Buna görə də odla dolu çuxurlar hazırlamağı və xristian möminləri diri-diri ora atmağı əmr etdi. Quran bu möminlər haqqında Allaha iman gətirməkdən başqa heç bir günah etmədiklərini bildirir.

Allah bu misalı göstərməklə müsəlmanları səbirli olmağa və əzmkarlığa dəvət edir. Keçmişdəkilərin də möminlərə çox əzab verdikləri və küfrlə iman arasında həmişə qarşıdurma olduğu xatırladılır; Amma sonda möminlər qalib gələcək. Axirətdə iman və yaxşı əməllərinin mükafatı olaraq cənnətə daxil olacaqlar. Əksinə, mömin kişi və qadınları incidən, tövbə etməyənlər üçün isə alovlu atəş cəhənnəm hazırdır.

Həmçinin bu surədə "lövhu məhfuzdan" (qorunan lövhədən) də bəhs edilir. Quranın orada saxlandığı vurğulanır. Dünyadakı bütün hadisələrin əvvəldən axıra qədər tam təfərrüatları ilə "lövh" da qeyd edildiyi və heç bir şəkildə dəyişdirilməyən olduğu bildirilir.

captcha